!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sənan Əhmədovun şəhid ailəsi hesab edilməməsi faktı qanun pozuntusudur" - Hüquqşünas RƏYİ

!Reklam – Yazi

Bir neçə gün öncə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi birotaqlı mənzildən imtina edib. Sənan Əhmədov ailə üzvlərinin sayına görə təklif edilən mənzilin 2 otaqlı olmasını istəyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Sənan Əhmədov şəhid ailəsi statusunda deyil. Buna görə də ona iki otaqlı mənzil vermək mümkün deyil. Nazirliyin bu açıqlaması isə tənqidlə qarşılanıb və geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı hüquqşünas Vüsal Əliyev Yenicag.az-a açıqlamasında bildirib ki, şəhidin qardaşından başqa yaxını yoxdursa, bu halda onun qardaşı birbaşa şəhid ailəsi hesab olunur:

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbyacan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada vəfat edən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, ərdirsə arvad, arvaddırsa ər, şəhidin valideynləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşdan yuxarı əlilliyi olan övladları, uşaq evində tərbiyə olunanlar, qardaşları və bacıları şəhid ailəsinin üzvləri hesab olunur. Orta və ali ixtisas təhsilli müəssisələrində müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi elmi-təşkilati magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrinin elmi-təşkilati magistratura səviyyəsini bitirənədək, ən çox 23 yaşına kimi şəhid ailəsinin üzvü sayılırlar. Qanunla onları saxlayan şəxs yoxdursa, nənələr və babalar da şəhid ailəsinin üzvü sayılırlar. Yəni şəhid ailəsində uşağın atası, anası və digərləri onu qanunla saxlamayıbsa, nənələr və babalar şəhid ailəsidir.

Ona görə də bu gün şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova iki deyil, birotaqlı mənzilin verilməsi faktı qanun pozuntusudur. Bu hal qəbuledilməzdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həqiqətən də, “şəhid ailəsi hesab olunmursan” deyərək vətəndaşa birotaqlı ev verirsə, bu, qanunla nəzərdə tutulan qaydalara ziddir. Əgər şəhidin həyat yoldaşı, uşaqları və digər yaxın qohumları yoxdursa, bu halda qardaşı birbaşa şəhid ailəsi sayılır. Qanunda şəhid ailə üzvləri ilə bağlı faktlar açıq şəkildə göstərilib”.

Gülşən Şərif

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv