Oktyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.
Cənub küləyi gündüz arabir güclənəcək.
ETSN-dən Yenicag.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz 18-22° isti, Bakıda gecə 13-15°, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50% olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişli olsa da, arabir güclənən cənub və şimal küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 11-16° isti olacağı gözlənilir.