!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sənə halallıq verməyənə qədər…” - İzzət Bağırovdan İSMARIŞ

!Reklam – Yazi

“Çox eşidirəm deyirlər, İzzət özündənrazı, təkəbbürlü insandır. Bunu söyləməklə mənim haqqıma girirlər…”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni İzzət Bağırov açıqlamasında deiyb.

Sənətçi həmin insanların günaha batdığını və Allah tərəifndən bağışlanmayacaqlarını bildirib:

“İnanın ki, haqqına girdiyin adam sənə halallıq verməyənə qədər Allah səni bağışlamayacaq. Hər şey Allahın əlindədir. Qadir olan yalnız odur. Amma Allah özü buyurub ki, haqqına girdiyin insanı məşhər günü sənin qarşına gətirəcəm. Əgər o insan səni bağışlamasa, məndən əhv gözləmə. Bunu düşünəndə insan az qalır dəli olsun. Deməli, Allah məni o adam bağışlamayana qədər bağışlamayacaq.

Təəsvvür edin, kimsə axirət günü mənə haqqını halal etmir, yaxud da mən kiməsə haqqını halal etmirəm. Buna görə də insanların haqqına girməyin. Haqqa girmək o qədər ağır şeydir ki, hətta həmin adam səni bağışlamayana qədər Allah da səni bağışlamır”.

Cəvahir

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv