!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sənədsiz evlərin QEYDİYYAT PROSESİ: “Bu işləri çətinləşdirən əsas amil o tikililərin...”

!Reklam – Yazi

“Qeydiyyat prosesi yaşayış məntəqələrində və inşaat üçün münasib olan ərazilərdə yerləşən tikililəri əhatə edir”.

Bu fikirləri sənədsiz evlərin qeydiyyata alınma prosesinin gedişini dəyərləndirən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, sənədsiz evlər əsasən, neft buruqlarının arasında, yüksək gərginlikli elektrik xətlərinin altında, qaz xətlərinin keçdiyi ərazilərin yaxınlığında inşa edilən tikililərdir

“Bu istiqamətdə hökumət tərəfindən müəyyən işlər həyata keçirilir. Bu çərçivədə həmin evlərin qeydiyyatı ilə bağlı siyahıya alma prosesi yekunlaşmaq üzrədir. Sənədsiz evlərin qeydiyyata alınması prosesində rayon icra hakimiyyətləri ilə yanaşı, yerli bələdiyyələr, Əmlak Məsələləri üzrə Dövlət Xidməti və bir sıra qurumlar iştirak edir.

Lakin haqqında danışılan evlərin bir çoxunun neft buruqlarının arasında, yüksək gərginlikli elektrik xətlərinin altında, qaz xətlərinin keçdiyi ərazilərin yaxınlığında inşa edilməsi bu prosessi ləngidir.

Eyni zamanda, sənədsiz evlərin bir qismi kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikilib. Ancaq həmin ərazilərin təyinatı aidiyyatı qurumlar tərəfindən dəyişdirilsə, o evlərə də sənəd vermək olar. Onu da qeyd edim ki, hazırda qeydiyyat prosesi yaşayış məntəqələrində və inşaat üçün münasib olan ərazilərdə yerləşən tikililəri əhatə edir”.

Nuray Məmmədzadə

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv