!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sənətçilərdən şəhidlərlə bağlı PAYLAŞIM: “Qoy səni mən ağlayım...” - FOTOLAR

!Reklam – Yazi

Sənət adamları sosial media hesablarında Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı paylaşımlar ediblər.

Yenicag.az xəbər verir ki, Xalq artisti Flora Kərimova şanlı bayrağımızı paylaşaraq şəhidlərin ruhu qarşısında baş əydiyini bildirib:

“Vətən, Qarabağ, Torpaq, Azadlıq, can borcu olduğumuz hər birinizin uca ruhu qarşısında təzim edirəm. Allah rəhmət eləsin.”

Əməkdar artist Mehriban Xanlarova kədərini belə ifadə edib:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbr versin. Yaralıların tezliklə sağalmasını diləyirəm. Başın sağ olsun Vətən!”

Şairə Nazilə Səfərli şəhidlərin ruhuna ağı deyib:

“Qoy səni mən ağlayım
Səbuhi ay lay-lay.
Şəhidim var ay lay-lay
Şəhidim var ay lay-lay”.

Müğənni Nadir Qafarzadə acısını bölüşüb:

“Səbuhi Əhmədov, nəşinin üstündə ağlayanı olmayan şəhidim. Sənə çoooox yandım”.

Xatirə İslam hüzn fotosu paylaşaraq yazıb:

“Allah rəhmət eləsin, Allah səbr versin! Başın sağ olsun Vətən!”

Cəvahir

www.yenicag.az

978
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv