!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sənəti olan müğənnidə təyyarə yox, təyyarənin kvadratı olmalıdır” - Elnarə Abdullayeva

!Reklam – Yazi

“Bir paltarı geyinirəm, Elnarənin də bundan başqa paltarı yoxdur deyirlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Elnarə Abdullayeva canlı yayımda deyib.

Müğənni dedi-qodu edənlər, əsl sənət adamlarının arxasınca dnışanlarla bağlı sərt fikirlər səsləndirib:

“Bir paltarı geyinirəm, deyirlər, Elnarənin də bundan başqa paltarı yoxdur. Baxırsan bax, baxmırsan başqa kanala çevir. Yaxşı paltar geyinirsən, deyirlər, buna bax, bu da qudurdu. Yaxşı maşın sürürsən, yenə də deyir, qudurdu. Pis geyinirsən, deyir, bu da 5 dəfə eyni paltarı geyinir, tamaşaçıya hörmətsizlik edir. Daha biz neyləyək, özümüzü öldürək? Bilmirsən, neynəyəsən ki, xoşlarına gələsən.

Biz çalışırıq ki, Azərbaycan muğamı, musiqi sənəti ilə məşğul olaq. 5-3 manat da qismət olanda, onu da alın əlimizdən, rahat olun. Azərbaycanda əsl sənəti olan müğənnilərdə təyyarə yox, təyyarənin kubu, kvadratı olmalıdır.

Mən ömür boyu qaloş geyinən adamam, onun-bunun cibinə girib bahalı ayaqqabı alıb geyinmirəm. Qaloşum var, bəsimdir. Amma biz o qədər acizləşmişik ki, söz tapmırıq danışmağa… Musiqiçilərə qırmaq atmağa, sataşmağa başlayıblar”.

Nehru

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv