!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sənətkarı elə təqdim edirlər, adam utanır” - Aşıq Əli efirlərə NİYƏ ÇIXMIR?

!Reklam – Yazi

“Sənəti olmayan insanı tərifləyib göylərə qaldıranda, nə deyəcəyini bilmirsən”.

Bu sözləri tanınmış aşıq Əli Tapdıqoğlu Yenicag.az-a açıqlamasında deyib.

Xeyli müddətdir, efirlərə çıxmayan aşıq gerçək sənətkarla istedadsız insanlara fərq qoyulmamasından təəssüf hissi keçirdiyini dilə gətirib:

“Bəzən bir insanı elə təqdim edir, barəsində elə danışırlar, adam məəttəl qalır ki, o da sənətkardırsa, bəs onda mən kiməm? Bəli, mən bir müddətdir ki, efirlərə çıxmıram. Söz yox, efirlərə də çıxmaq lazımdır, xalq səni görməlidir və səni sevən tamaşaçıların keyfiyyətli sənət tələbatını ödəməlisən.

Amma baxırsan ki, hər şey cılızlaşıb. Demirəm, mən böyük sənətkaram, böyük şəxsiyyətəm, bunu xalq deyə bilər. Öz-özümü tərifləmək mənə düşməz. Amma söhbət təkcə məndən getmir axı…

Bəzən verilişlərdə böyük sənətkarı elə təqdim edirlər, adam utanır. Amma sənəti olmayan insanı onun yanında elə tərifləyib göylərə qaldırırlar, nə deyəcəyini bilmirsən…”

Cəvahir

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv