!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səngəri “aşan” ZİDDİYYƏTLƏR: “Ukrayna hərbçiləri NATO generalları ilə müqayisədə...”

!Reklam – Yazi

“Hələ Sovet dövründə Ukraynadan olan çox sayda sərkərdələrin adlarını indi də xatırlayırıq”.

Bu fikirləri NATO ilə Ukraynanın hərbi-siyasi komandanlığı arasında ziddiyyətlərin artmasının səbəbləri barədə danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Qərb koalisiyası Ukrayna rəhbərliyinin onların cızdığı çərçivədən kənara çıxmasını istəmir:

“Açığı, Rusya-Ukrayna müharibəsinin ilyarımdır davam etməyinə baxmayaraq, bu kampaniyaya yanaşma hələ də birmənalı deyil. Məsələn, Rusiya özü gedən müharibəni “xüsusi əməliyyat” adlandırır, Ukrayna və NATO isə tam fərqli mövqe tutur. Lakin bütün bunlardan asılı olmayaraq, müharibə hələ də davam edir və tərəflərin itkiləri günü-gündən artır.

Dediyiniz məsələyə gəldikdə isə, bəli, artıq NATO təlimatçıları ilə Ukraynanın hərbi-siyasi rəhbərliyi arasında ziddiyyətlərin artdığı daha çox müşahidə olunur. Bu barədə açıq mətnlə fikirlər bildirilir, mətbuatda yazılır və sair. Göründüyü qədər, Qərb koalisiyası Ukrayna rəhbərliyinin onların cızdığı çərçivədən kənara çıxmasını istəmir.

Qeyd etmək lazımdır ki, Ukrayna xalqı hər zaman mübarizliyi ilə seçilib. Hələ Sovet dövründə Ukraynadan olan çox sayda sərkərdələrin adlarını indi də xatırlayırıq. Yəni ukraynalılar hərbi ənənələri olan xalqdır. İndi isə NATO təlimatçıları onlardan tələb edirlər ki, düzgün saymadıqları taktika üzrə hərəkət etsinlər. Bu isə fikir ayrılıqlarını dərinləşdirir.

Əlbəttə, NATO generallarının Ukraynaya ukraynalılar qədər ürəyi yana bilməz. Ancaq elə bir vəziyyət yaranıb ki, NATO Ukraynaya dəyəri on milyardlarla dollar olan silah verir və deyir ki, biz istədiyimiz kimi döyüşməlisən. Ona görə də hesab edirəm ki, yaxın vaxtlarda bu məzmunlu ziddiyyətlərin daha da dərinləşməsinin şahidi olacağıq”.

A.Zeynalov

www.yenicag.az

826
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv