!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səngiməyən müəllim-şagird gərginliyi: "Üzr istəməklə məsələ düzəlmir" - MÜNASİBƏT

!Reklam – Yazi

“Müəllimə töhmət verilibsə, həmin şagirdlər də hansısa formada cəzalandırılmalıdır”.

Bunu 165 saylı məktəbdə şagirdlərin sinif otağında özbaşına davranışları ilə bağlı videogörüntülərdən sonra müəllimin töhmət almasına münasibət bildirən Milli Həmrəyllik Partiyasının sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinə görə, məktəblərdəki arzuolunmaz hadisələrin əsas səbəbkarı kimi müəllimləri görmək yanlış yanaşmadır. Bir müəllimin səriştəsizliyinə görə bütün müəllimləri ucdantutma qaralamaq mənfi nəticələrə gətirib çıxara bilər:

“Sözügedən hadisələrin baş verməsində müəllim yeganə tərəf deyil, burada valideyn də, məktəb rəhbərliyi də, şagirdlər də məsuliyyət daşıyır.

Biz yanlız müəllimləri ittiham etmək yolunu seçsək, bununla həm də şagirdləri müəllimlərin üzərinə qaldırmış olacağıq. Bu isə gələcəkdə daha böyük fəsadlara, indikindən də betər hadisələrin baş verməsinə şərait yarada bilər. Ona görə də bu cür məqamlarda ortaq məxrəci tapmalı, obyektiv və ədalətli qərarlar qəbul etməliyik. Müəllimə töhmət verilibsə, həmin şagirdlər də hansısa formada cəzalandırılmalıdır. Sadəcə üzr istəməklə məsələ düzəlmir. Bu gün üzr istəməklə canını qurtaran şagird sabah daha böyük azğınlıqlara yol verə bilər.

Həmçinin valideynlərin də üzərinə müəyyən məsuliyyət yükü qoyulmalıdır. Çünki təcrübə göstərir ki, bir çox hallarda bu cür şagirdlər məhz valideynlərin yanlış tərbiyəsinin güdazına gedirlər. Bəzi hallarda isə hətta valideynlər özləri övladlarını müəllimlərə qarşı saymazyanalığa, kobudluğa təhrik edirlər. Odur ki, qərar qəbul ediləndə bu kimi spesifik məqamların hamısı mütləq nəzərə alınmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv