!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Sənin muğam oxumağa haqqın yoxdur” - Nigar Şabanova KİMƏ SƏSLƏNDİ?

!Reklam – Yazi

“Əlinə mikrofon alan hər kəs muğam oxuyursa, bəs onda xanəndələr nə üçündür?”

Bu sözləri Əməkdar artist Nigar Şabanova “Xəzər axşamı” verilişində deyib.

Sənətçi muğam sənətindən xəbəri olmayanların muğam oxumasını sərt tənqid atəşinə tutub:

“Efirə çıxıb sənət və sənətkarlar haqqında danışmayın. Sənətdən yekə-yekə danışmaq lazım deyil. Kimin ki muğam savadı və səsi yoxdursa, yalandan özünü sübut etməyə çalışmasın.

Muğamı bu dərəcədə aşağı salmayın. Əlinə mikrafon alan hər kəs muğam oxuyursa, bəs onda xanəndələr nə üçündür? Biz onda niyə bu sənət üzrə təhsil alırıq.

Sən də get təhsilini al, bir müəllim yanına get, ondan sonra başla muğam oxu. O zaman öz-özünə utanacaqsan ki, mən niyə muğam oxudum… Sənin muğam oxumağa haqqın yoxdur”.

Nehru

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv