!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sənubər İsgəndərli: “Yıxıldım, amma məhv olmadım...”

!Reklam – Yazi

“Zaman ötdükcə enişli-yoxuşlu yollardan keçdim, gah büdrədim, gah yıxıldım… amma məhv olmadım…”

Yenicag.az xəbər verir ki, tanınmış aktrisa, Əməkdar artist Sənubər İsgəndərli Milli Teatr Günü ilə bağlı təəssüratlarını ifadə edərkən belə deyib.

Aktrisa milli teatrın zaman-zaman keçdiyi yola nəzər salıb:

“Əziz tamaşaçım! Bu gün mənim 149 yaşım tamam olur. 1873-cü ildə maarifpərvər ziyalıların olmazın əziyyətləri bahasına yarandım. İlk günümdən cəhalətin zülmətində nur kimi saçdım. Əvvəllər güldürə-güldürə, sonralar ağlada-ağlada cəmiyyət həyatına işıq tutdum. Əvvəl məbəd dedilər, sonra məktəbə çevirdilər, bir ara güzgü sandılar, böyüdücü şüşə, barometr, əyləncə vasitəsi, ideoloji silah, müalicə metodu, biznes… Min cür ayama qoşdular. Zaman ötdükcə enişli-yoxuşlu yollardan keçdim, gah büdrədim, gah yıxıldım… Amma məhv olmadım, yeniləndim, əbamı dəyişdim. Dəyişməyən bircə şey oldu – Sən. 149 il qabaq da sənsiz yaşaya bilmirdim, bu gün də. Çünki teatr sənin özünsən. Teatr insandır. Teatr tamaşaçıdır. Ona görə də mənim bayramım elə sənin də bayramındır. Bayramımız mübarək! Sevgiylə, sənin milli teatrın”.

Nehru

www.yenicag.az

726
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv