!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SEPAH-ın tələsik paylaşımındakı “ARZU”: “Bu yanaşma sui-qəsdin sifarişçisi ilə icraçısını...” - RƏY

!Reklam – Yazi

“Fazil Mustafa İranın Azərbaycanda şiə məzhəbçiliyi adı altında oturtmaq istədiyi fanatizmi baltalayan fiqurlardan biri idi”.

Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafaya qarşı ötən gün təşkil olunan terror hücumundan sonra İranın SEPAH və bir sıra digər strukturlarının millət vəkili ilə bağlı sosial şəbəkə paylaşımlarına münasibət bildirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, deputatın hədəfə alınmasını təqdir edənlərin çevrəsi bu hücumun təçkilatçıları ilə bağlı ipucu verə bilər:

“Əlbəttə, baş verən bu hadisə Azərbaycanı sevən hər kəs üçün ciddi bir həyəcan siqnalı olmalıdır. Çünki Azərbaycan dünyanın ən sakit, firavan və rahat ölkələrindən biridir. Burada terror aktının törədilməsi, insanlara sui-qəsd təşkil edilməsi nadir olaydır. Üstəlik bir siyasətçiyə, partiya sədri və deputata qarşı belə bir hücumun təşkili uzun illərdir, görülməmiş hadisədir.

O baxımdan, baş vermiş bu olay bizi həm dövlət, həm də cəmiyyət olaraq dərindən düşündürməlidir. Eyni zamanda da İranın bu məsələyə yanaşması əlavə suallar doğurmaya bilməz. Hələlik ortada dəqiq məlumatlar olmadığına görə bu terror hücumunun arxasında kimin, yaxud da kimlərin dayandığını söyləyə bilmərik.

Lakin bir müşahidəmiz çox qətidir ki, bu hadisə baş verdikdən həmən sonra İrana bağlı qüvvələr məlum olayı bəyəndiklərini, dəstəklədiklərini açıq-aşkar bəyan etdilər. Bu hal terroru törədənlərin kimliyi ilə bağlı ipucu ola bilər. Fazil Mustafanı tanıyanlar bilir ki, onun “qara işlər”də əli yoxdur, oliqarx deyil, şəxsi məsələlərdə də problemi olmayan şəxsdir. Belə olan təqdirdə, ona qarşı hücumun yalnız siyasi səbəblərlə törədilməsi ehtimalı önə çıxır.

Onu da nəzərə alaq ki, Fazil Mustafa İranın Azərbaycanda şiə məzhəbçiliyi adı altında oturtmaq istədiyi fanatizmi baltalayan fiqurlardan biri idi. Yəni o davamlı şəkildə dini fanatizmə qarşı mübarizə aparırdı və buna görə İrana bağlı mənbələr onu hədəfə alırdılar. Fazil bəylə bağlı istər SEPAH-ın, istərsə də digər qüvvələrin yayımladığı yanaşma onu deməyə əsas verə bilər ki, biz sifarişçi ilə icraçını elə o tərəflərdə axtaraq. Amma düşünürəm ki, dövlətin müvafiq qurumlarının uyğun açıqlamaları olmadan ictimai rəyi çaşdıra biləcək fikirlər səsləndirməkdən çəkinməliyik”.

A.Zeynalov

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv