!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçı rejim müharibəyə hazırlaşır?: “Bu onları silahlanmağa sövq edir” - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan vaxtaşırı Qarabağda anti-terror əməliyyatlarının keçirilməsinin vacibliyini xatırladır. Bu səbəbdən separatçı rejim daha çox silahlanmağa can atır”.

Bunu Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınan görüntülərdə Rusiya sülhməramlılarının müşayiəti ilə separatçı rejimə silah daşınmasını şərh edən politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Qarabağdakı separatçı rejim daim qorxu içərisində yaşamaqdadır, çünki qanunsuz fəaliyyətdə olduğunun fərqindədir:

“Azərbaycan vaxtaşırı olaraq Qarabağda anti-terror əməliyyatlarının keçirilməsinin vacibliyini xatırladır. Bu səbəbdən separatçı rejim daha çox silahlanmağa can atır.

Laçında buraxılış məntəqəsinin quraşdırılması separatçı rejiminin təxribatçı fəaliyyətini çətinləşdirib. Ermənistan onların tam tərksilah olunmasında maraqlı deyil. Çünki danışıqlar prosesində qondarma rejim vasitəsilə müəyyən təxribatlar törədərək gündəliyi dəyişməyə çalışır. Məhz bu səbəbdən hələ də Ermənistan öz dövlət büdcəsindən separatçı rejimin maliyyələşdirilməsinə vəsait ayırır.

Qərb Qarabağda qanunsuz silahlılara son qoyulmasında, bölgədə yalnız etnik əhalinin hüquqlarını gündəmdə saxlamaqda maraqlıdır. Lakin Rusiya isə tam əksini istəyir – yəni qanunsuz hərbi birləşmələrin kökünün kəsilməsində maraqlı deyil. Çünki Qarabağda yaşayan sivil əhali və onların Azərbaycana inteqrasiya olması Rusiyanın vecinə deyil. Bu isə iki beynəlxalq güc arasında təzadlı məqamlardan biridir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

819
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv