!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçı rejimin LƏĞVİ: "Qondarma qurum artıq yoxdur, bunun üzərindən manipulyasiya edənlər..."

!Reklam – Yazi

“Qondarma rejimin buraxılıb-buraxılmamasını manipulyasiya edirlər”.

Bu sözləri Qarabağda gedən prosesləri dəyərləndirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Azərbaycan gücü ilə problemini həll etdi:

“Bundan sonra işlər rəvan gedəcək. Yalnız texniki işlər qalıb. Müəyyən ajiotaj yaradırlar. Süni gərginlik, pessimizm yaratmaq istəyirlər. Onlar xarici agentura şəbəkəsidir. Bu məsələ bitib, özü də hərbi yolla həll olunub.

Bundan sonra məsələlər qısa zamanda həll olunacaq. Ermənilər çıxıb gedir. Azərbaycan tərəfi də onların getməsinin, yaxud qalmasının müsbət tərəfini götür-qoy edir. Gedənlər çıxıb getsin. Qalmasalar, yaxşıdır, bu, mənim fikrimdir. Kənardan Azərbaycana basqılar var. Mövzu tapmırlar, indi də deyirlər ki, qondarma rejim niyə özünü buraxmır. O rejimin nəyi var? Buraxdı-buraxmadı, fərqi olmayacaq. Bütün dünya gördü ki, Azərbaycan qalib gəldi.

Bəziləri şəhidlər üzərindən manipulyasiya etdi. İndi də qondarma rejimin buraxılıb, buraxılmamasını manipulyasiya edirlər. Bundan sonrakı mərhələdə yenə bizim proqnozumuz olacaq”.

Səxavət Məmməd

www.yenicag.az

291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv