!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçı rejimin təxribatlarına CAVAB: "Yeni hərbi əməliyyatlar bu tarixlərdə keçirilə bilər" - Hərbi ekspert

!Reklam – Yazi

“Əgər separatçı rejim Azərbaycanın təkliflərinə əhəmiyyət verməsə və ola biləcəklərdən nəticə çıxarmasa, iyul-avqust aylarında çox ciddi və böyük miqyaslı təmizləmə əməliyyatlarının başlanması mümkündür”.

Bunu Azərbaycanın separatçı rejimin qanunsuz hərbi birləşmələrini zərəsizləşdirmək üçün atacağı addımlardan danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, ağlı, düşüncəsi yerində olan heç bir şəxs – istər silahlı, istərsə də terrorçu Laçında qurulan sərhəd keçid məntəqəsindən sonra Azərbaycana qarşı hansısa təxribatçı addımlar atmağa cəhd etməməlidir:

“Belə cəhd olarsa da, sağlam məntiqin çərçivəsi kənarında atılmış addım kimi dəyərləndirilir.

Prezident İlham Əliyev Laçında Azərbaycanın separatçı rejimə təkliflərini səsləndirdi. Lakin qondarma rejimin Azərbaycanın təkliflərinə əhəmiyyət vermək və qəbul etmək niyyətində olmdığını görürük. Belə olan halda artıq Azərbaycanın bəlli müddət çərçivəsində əməliyyatlar keçirməsi gözləniləndir.

Əlavə olaraq, qanunsuz erməni silahlılarının rus kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə əvvəlkindən daha intensiv atəşkəsi pozmağa başladığı müşahidə olunur. Eyni zamanda mühəndis-istehkam qurğularının inşasını da sürətləndiriblər. Bu kimi fəaliyyətlər isə Azərbaycan dövlətinə və suverenliyinə qarşı yönəlmiş addımlardır.

Təxribatçı fəaliyyətləri sonlandırması üçün separatçı rejimə vaxt verilib. Bu müddət ərzində əgər qondarma rejim təxribatlara davam edərək miqyası genişləndirsə, Azərbaycan daha sərt addımlar atmağa məcbur olacaq.

Bir sözlə, Azərbaycanın atacağı addımın məqsədi yalnız və yalnız ərazilərdəki qanunsuz erməni terrorçularının zərərsizləşdirilməsindən ibarət olacaq.

Əgər separatçı rejim Azərbaycanın təkliflərinə əhəmiyyət verməsə və ola biləcəklərdən nəticə çıxarmasa, iyul-avqust aylarında çox ciddi və böyük miqyaslı təmizləmə əməliyyatlarının başlanması mümkündür”.

Nəsimi Ələsgərli

www.yenicag.az

960
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv