!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçı-revanşist MƏRAMI: "Onlar birləşsələr, Paşinyan üçün problem yaradacaqlar"

!Reklam – Yazi

“Paşinyan separatçılarla Ermənistandakı revanşistlərin birləşməsindən çəkinir”.

Bu fikirləri Ermənistanın Qarabağ məsələsini öz üzərindən atmaq cəhdləri ilə bağlı danışan politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Nikol Paşinyan separatçı rejimdən qorxur:

“Paşinyan ekoaktivistlərin aksiyası başlayanda əvvəl çalışırdı ki, Qarabağdakı separatçıları Azərbaycanla bir masa arxasına oturtsun. Tərəflər razılaşmalıdırlar, oturub müzakirələr aparmalıdılar, hətta Qarabağdakı ermənilərə səslənirdi ki, problemi Azərbaycanla həll etsinlər. Dolayısı ilə məsələni öz üzərindən atırdı. Paşinyan sülhməramlılarla Azərbaycan tərəfini də üz-üzə qoymaq istəyirdi.

Paşinyan hakimiyyəti özü də Qarabağdakı separatçılardan çəkinir. O, separatçılarla Ermənistandakı revanşistlərin birləşməsini istəmir. Gələcəkdə onlar birləşsə, Paşinyan üçün problem yaradacaqlar.

Ermənistan Qarabağdakı silahlıları və hərbi texnikanı ya ordan çıxarmalıdır, ya da Azərbaycan güc yolu ilə onları həll edəcək. Hiss olunur ki, Paşinyanın separatçılara gücü çatmır”.

Səxavət Məmməd

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv