!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçı “təyinat”: “Qarabağdakı qanunsuz rejimdə kimin hansı “post”u tutmasının...”

!Reklam – Yazi

“Müstəqil” Ermənistan bu vəziyyətdədirsə, Xankəndidəki marionetlərdən, ümumiyyətlə, danışmağa dəyməz”.

Bu fikirləri Qarabadakı separatçı rejim “rəhbər”inin yeni “dövlət naziri” təyin etməsinin əhəmiyyətsizliyi haqda danışan ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, separatçı rejimin istənilən “qərar”ı çıxılmaz vəziyyətdə çarəsizlikdən atılan addımdan başqa bir şey deyil:

“Azərbaycanın 44 günlük müharibədə qazandığı böyük qələbədən sonra Qarabağdakı oyuncaq rejimin mövcudluğu yalnız oradakı separatçılar və onları dəstəkləyənlər üçün önəmli görünə bilər. Ancaq fakt bundan ibarətdir ki, həmin rejim reallıqda küləyin əsmə istiqamətinə tabe olan uğursuz dekorasiyadır.

O baxımdan, separatçı rejimdə “rəhbər” dəyişikliyi və onun verdiyi “qərar”lar çarəsizlikdən atılan addımdan başqa bir şey olmamaqla yanaşı, sadəcə, özlərinin inana biləcəyi çox ucuz təskinlikdir.

Müharibədən sonra regionda yaranmış yeni reallıqda hətta de-yure müstəqil dövlət statusunda olan Ermənistanın özü belə olduqca əlverişsiz vəziyyətə düşüb. Ona görə də İrəvan Rusiya və Qərbdən aldığı ziddiyyətli təlimatlar fonunda bir-birini inkar edən addımlar atmaq məcburiyyətində qalıb. Yəni “müstəqil” Ermənistan bu vəziyyətdədirsə, Xankəndidəki marionetlərdən, ümumiyyətlə, danışmağa dəyməz.

Bu baxımdan, Qarabağdakı qanunsuz rejimdə kimin hansı “post”u tutmasının heç bir əhəmiyyəti yoxdur və ola bilməz. Qeyd olunan “təyinat” da separatçı rejimin son çırpıntılarından biridir. Şübhə yoxdur ki, çox yaxın zamanda “Dağlıq Qarabağ” ifadəsi kimi, separatçı rejim də tarixin zibilliyinə atılacaq”.

A.Zeynalov

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv