!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçı tör-töküntülərinin SONU: ""Qisas-3" xüsusi hərbi əməliyyat olacaq" - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“”Qisas-3″ xüsusi hərbi əməliyyat olacaq”.

Bu sözləri Qarabağdakı qeyri-qanuni erməni silahlılarının gələcək taleyi barədə danışan ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, Azərbaycan xüsusi hərbi əməliyyat keçirəcək:

“Atılan addımlar onu göstərir ki, Azərbaycanın əsas məqsədi Qarabağdakı qeyri-qanuni erməni silahlılarının sıfırlanmasına yönəlib. Azərbaycanın Ermənistanla olan münasibətlərində qırmızı xətt qeyr-qanuni silahlıların sıradan çıxarılması və Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycan tərəfdən baxanda separatçı rejimin tabeçiliyində olan qeyr-qanuni birləşmələrin bölgədən ya çıxarılması, ya sıfırlanması, ya da mülkiləşdirilməsi üzərinə gözlənti sonuncu addımın atılmasıdır. Sonuncu addım isə hanti terror əməliyyatının keçirilməsidir. Ehtimallarımız ondan ibarətdir ki, Azərbaycanı buna təhrik edirlər.

Separatçı rejim inteqrasiyanı qəbul etmir. Xüsusən də, Ruben Vardanyanın yaratdığı iki platforma üzərindən əhalini döyüşməyə hazırlayırlar. Başqa variant olmadığı üçün Azərbaycanın zamana buraxmaq limiti bitib. Limit bitmə o deməkdir ki, Ali Baş Komandan da “Komando” briqadasının açılışında fikrini konkret bildirdi – “Qisas-3” əməliyyatı.

“Qisas-3″ əməliyyatı deyəndə biz bunu topyükün müharibə kimi anlamamalıyıq. Baş verəcək əməliyyat xüsusi hərbi əməliyyat olacaq. Xüsusi hərbi əməliyyat Qarabağda olan hərbi və siyasi beyin mərkəzlərinin sıfırlanması, yaxud zərərsizləşdirilməsi deməkdir. Hərbidə bu, qeyr-qanuni silahlıların komandanlığı, diviziya və alay komandirliyi səviyyəsində olan insanların sıfırlanması anlamındadir.

Dəqiq zərbələrdən sonra qərar verən şəxslər silahı yerə qoyacaqlar. Ola bilər, ilk saatda qərar versinlər ki, təslim olurlar. Döyüşü strateji, operativ şəkildə idarə edənlər elə hala gətirilməlidir ki, onlar məcbur olub silahı yerə qoysunlar. Əslində Ermənistan tərəfi üçün də bu, məqbuldur. Ermənistan da bildirəcək ki, döyüşə bilmədilər, uduzdular. Hesab edirəm ki, əməliyyat bu cür həyata keçiriləcək”.

Səxavət Məmməd

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv