!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçılar Ermənistandan ƏLİNİ ÜZDÜ: Kremlin sifarişi NƏDİR? - POLİTOLOQ

!Reklam – Yazi

“Arayik Ermənistana ünvanladığı bəyanatlarla “separatçı rejim yeri gəldikdə Ermənistanı da dinləməz”, demək istəyir. Ancaq Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzaladığı andan sonra separatçı rejimin fəaliyyətinin tamamilə dayandırılacağını anlamırlar”.

Bunu separatçı rejimin Ermənistana qarşı hədə dolu bəyanatlar yağdırmasının, onların sonunun gəlməsinin işarəsi olma ehtimalından danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

 

O, bildirib ki, separatçı rejimin son aylarda Ermənistanla o qədər də ciddi əlaqələri qalmayıb:

“Əlaqələr saxlansa belə, əvvəlki kimi deyil, çox azdır. Çünki Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan ərazisini Qarabağ daxil tanıyıb. Paşinyanın bu bəyanatından sonra separatçı rejim yavaş-yavaş Ermənistandan gözləntilərini və ümidlərini üzməyə başlayıb.

Digər bir tərəfdən isə Rusiyanın separatçı rejimə verdiyi dəstəyi görməməzlikdən gəlmək mümkün deyil. Özünü qondarma rejimin “prezidenti” adlandıran Arayik Arutyunyanın verdiyi açıqlamalar Kreml administrasiyasındakı bəzi dairələrin sifarişidir. Arayik məhz həmin sifarişlərin həyata keçirilməsində vasitədir.

Arayik Ermənistana ünvanladığı bəyanatlarla “separatçı rejim yeri gəldikdə Ermənistanı da dinləməz”, demək istəyir. Ancaq Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzaladığı andan sonra separatçı rejimin fəaliyyətinin tamamilə dayandırılacağını anlamırlar. Hələ ki, sülh yolunda proseslər davam etdirilir.

Ermənistan şifahi formada Azərbaycanın ərazi bütövlüyünü qəbul edib. Şifahi sözləri yazılı formaya salmaq lazımdır. Separatçıbaşı Arayik hər nə qədər Ermənistana qarşı təhdid dolu mesajlar versə də, son nəticədə Ermənistanın Azərbaycanın ərazi bütövlüyün tanıyacağını, buna məcbur olduğunu başa düşür. İki münaqişəli ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra separatçı rejimin tək çıxış yolu var: həmin ərazilərdən qaçmaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

269
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv