!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçılar SEÇİM QARŞISINDA: "Dəmir yumruq", yoxsa... - RƏY

!Reklam – Yazi

“Separatçı rejim ən yaxşı halda inteqrasiya yolunu seçməlidir”.

Bunu bir müddətdir müzakirə edilən Qarabağda antiterror əməliyyatlarının keçirilməsi ehtimalından danışan hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.O bildirib ki, bu il separatçı rejimin Azərbaycanın yurisdiksiyasına keçməsi tamamlanmalıdır:

“Bunun iki yolu var, inkişaf gücünün təsiri ilə məsələnin könüllü həlli, olmadıqda isə gündəmdə olan antiterror əməliyyatlarının keçirilməsi. Ermənilərin bir neçə seçimi var. İnteqrasiyanı seçmək, mübarizə aparmaq. Lakin olnar müharibə yolunu seçir. Qarşılığında isə antiterror əməliyyatı qaçınılmaz olur.

Qarabağın sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazisində altı-səkkiz min arası separatçı rejimin hərbçisi var. Böyük gücə sahib deyillər, lakin bir əsgərimizin belə şəhid olması bizim üçün qəbuledilməzdir. Bu səbəbdən separatçı rejim ən yaxşı halda inteqrasiya yolunu seçməlidir. İstəmirlərsə, ərazidən çıxa bilərlər. Qeyri-qanuni birləşmələr isə silahsızlaşdırılmalıdır.
Ermənistan Vətən müharibəsinə qədər gələcəkdə Qarabağı ayrıca qurum kimi görmək istəyirdi. İndi isə ritorikası dəyişib, Qarabağ bizim məsələmiz deyil deyir. Baş nazir, parlament sədri səviyyəsində Qarabağın Azərbaycana aid olduğu, Ermənistanın müzakirələrə qatılmayacağı vurğulanıb.

Separatçı ermənilərin müharibə aparmaq lüksü yoxdur. İstənilən əməliyyatın keçirilməsi üçün üç gün vaxt lazımdır. Onların qərar verməsi üzərinə üç gün müddət tanınacaq. Ərazilərimizdən ya gedəcəklər, ya da silahlarını yerə atacaqlar. Ermənilər bilməlidirlər ki, ərazimizdə istədikləri kimi davranacaq lüksləri yoxdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv