!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçılar üçün “ÇOXTƏRƏFLİ” TƏLİMAT: “Qruplaşmalar öz ağalarının diqtəsi ilə...”

!Reklam – Yazi

“Onlar Azərbaycan ərazisində deyil, Avropa paytaxtlarından birində görüşməkdə israrçı olacaqlarsa, bunu qəbul etməyimiz mümkün deyil”.

Bu fikirləri Qarabağdakı separatçı rejimin Azərbaycanın hökumət təmsilçiləri ilə görüşdən yayınmaq üçün əl atdıqları bəhanələrə münasibət bildirən İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağdakı separatçılar yolverilməz yanaşmaları ilə manevr edərək, vəziyyəti az da olsa, öz xeyirlərinə dəyişmək üçün vaxt udmağa çalışırlar:

“Bildiyiniz kimi, Qarabağdakı separatçı rejimin daxilində Arayik, Ruben və başqa qruplaşmalar mövcuddur. O qruplaşmalar ayrı-ayrılıqda öz ağalarının sifarişini yerinə yetirir, onların diqtəsi ilə hərəkət edirlər. Onlar belə yanaşmaları ilə manevr edərək, vəziyyəti az da olsa, öz xeyirlərinə dəyişmək üçün vaxt udmağa çalışırlar. Baxın, onlar Azərbaycanı hansı məsələ ilə məşğul etməyə cəhd göstərirlər.

Onların olmayan məntiqinə görə, Azərbaycan dövləti Qarabağdakı erməni vətəndaşları ilə Avropanın hansısa ölkəsində görüşüb danışmalıdır. Bu nə deməkdir? Əlbəttə, ermənilərin bu yanaşması qəbuledilməzdir və dövlətimiz bununla razılaşa bilməz. Azərbaycan dövləti Qarabağ ermənilərini suverenliyimizi, bizim vətəndaşlığı qəbul edərək ölkənin imkanlarından yararlanmağa çağırıb və çağırır.

Yox, onlar Azərbaycan ərazisində deyil, Avropa paytaxtlarından birində görüşməkdə israrçı olacaqlarsa, bunu qəbul etməyimiz mümkün deyil. Ölkə prezidentinin də bununla bağlı konkret mövqeyi var ki, dövlət olaraq təklifimizi vermişik, razılaşan keçsin bizim tərəfə. Gəlmirlərsə, yol açıqdır”.

A.Zeynalov

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv