!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçılardan təxribat MESAJI: “Ordumuz sərt üsullardan istifadə edərək...” – HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Yaxın günlərdə düşmən təxribatlarının intensivləşməsi ehtimalı daha çoxdur. Bu səbəbdən ehtiyatlı və hazırlıqlı olmalıyıq”.

Bunu separatçı rejimin başçısı Arayik Arutyunyanın Azərbaycana qarşı sərt tədbirlər görəcəyi haqda açıqlamasına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Qarabağda qanunsuz fəaliyyət göstərən separatçı rejim dəfələrlə Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirib:

“Bu səfər isə separatçı rejim Azərbaycana qarşı daha sərt addımlar atacağı ilə bağlı hər kəsi xəbərdar edir. Qondarma rejimin Azərbaycana qarşı hər hansı sərt addım ata biləcək imkanı mövcud deyil.

Kiçik miqyaslı atəşkəs pozuntuları, mühəndis istehkam qurğuları ilə bağlı erməni silahlılarının fəaliyyəti son günlər daha çox müşahidə olunur. Güc strukturlarımız, xüsusilə ərazidə xidmət aparan ordumuzun şəxsi heyəti ayıq-sayıq olmalıdır.

Yaxın günlərdə düşmən təxribatlarının intensivləşməsi ehtimalı daha çoxdur. Bu səbəbdən ehtiyatlı və hazırlıqlı olmalıyıq. İstənilən təxribatın qarşısını kifayət qədər sərt və təsirli üsullarla almaq lazımdır. Əgər düşmənin təxribatların miqyasını genişləndirmək niyyəti varsa, Azərbaycanın atacağı bir sıra sərt addımlar olacaq.

Ordumuz mülki erməni əhalisinin daha seyrək yaşadığı ərazilərdə yerləşən düşmən mövqelərini zərərsizləşdirəcək. Və orada olan təxribatçı erməni silahlılarını tərk-silah edərək həmin ərazilərin üzərində Azərbaycan bayrağını dalğalandıracaq.

Son günlər baş verən hadisələr Azərbaycanın Qarabağ ərazilərində qanunsuz erməni silahlılarının təmizlənməsi istiqamətində fəaliyyətlərinin sürətlənəcəyi ehtimalını artırır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

742
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv