!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların absurd “QAYIDIŞ HAZIRLIĞI”: “Onlara Azərbaycan vətəndaşlığını qəbul etməyi...”

!Reklam – Yazi

“Bəzi mərkəzlər və ölkələr Qarabağdan köçənlərin israrla geri qaytarmalarını dəstəkləməklə, ermənilərdən daha çox erməni olmağa çalışırlar.”.

Bu fikirləri İrəvanda məskunllaşan separatçıların könüllü şəkildə Ermənistana köçən Qarabağ ermənilərinin yenidən geri qayıdışına yönəlik fəaliyyətini şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ermənilərin yenidən Qarabağa qayıtması artıq nağıldır:

“Birmənalı olaraq. separatçıların bu məsələ ətrafında təşkilatlanaraq istəklərinə nail olmaları mümkün deyil. Biz onsuz da onlara Azərbaycan vətəndaşlığını qəbul edərək birgə yaşamağı təklif etdik. Lakin onların heç biri bunu istəmədi və ərazini könüllü olaraq tərk edib getdilər. Qalmaları üçün onlara yalvarası deyilik.

Ermənistan pasportu ilə Qarabağda yaşamaq istəyənlər üçün isə Azərbaycanda ikili vətəndaşlıq haqqında qanunun olmadığını da bildirmişik. Bir sözlə, artıq onların qayıdışı mümkün deyil. Ermənistanın baş naziri Nikol Paşinyanın da bu məsələdə maraqlı olmadığı açıq-aydın ortadadır. Çünki Ermənistanda onlar üçün qəsəbələr salınıb, yaşamaları üçün imkanlar yaradılıb.

Sadəcə, bəzi mərkəzlər və ölkələr Qarabağdan köçənlərin israrla geri qaytarmalarını dəstəkləməklə, ermənilərdən daha çox erməni olmağa çalışırlar. Lakin anlamırlar ki, Azərbaycan vətəndaşlığını qəbul etməyənlər üçün bir daha belə bir şeyə icazə verməyəcək.

Təklifimiz hər zaman gündəmdədir. Kim birgə yaşayışı qəbul edirsə, Azərbaycan Respublikasının vətəndaşlığını alacaq və geri qayıda biləcək. Qəbul etməyənlərə isə dediyim kimi, yalvarası deyilik. Lap konkret desək, bu məsələnin artıq bitdiyini söyləmək mümkündür. Hazırda erməniləri bizim üzərimizə qaldıranlar belə bir müddət sonra bu məsələni unudacaqlar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

894
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv