!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların "alternativ" PLANI: "Azərbaycanın Qarabağ iqtisadi rayonunda mərkəzi idarəçiliyin təmin edilməsi..."

!Reklam – Yazi

“Hazırkı vəziyyətdə onlar da anlayır ki, Ağdam marşrutundan başqa alternativ yol olmayacaq”.

Bu sözləri separatçıların Azərbaycanın təklif etdiyi əsasda humanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşınmasına müsbət reaksiya vermələri ilə bağlı iddialara münasibət bildirən siyasi ekspert Asif Nərimanlı Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, hazırda qondarma rejim yük marşrutunun Ağdam-Xankəndi yoluna keçirilməsi prosesindən daha az itkiylə çıxmağa çalışır:

“Əslində, proseslərin inkişaf etməsi nəticəsində vəziyyət bu yerə gəlib çatdı. Qarşı tərəfin əsas hədəfi beynəlxalq auditoriya qarşısında rəsmi Bakını təzyiqə məruz qoymaq idi. Həmin proses “Ermənistan-Fransa-separatçılar” üçbucağında işlənilirdi. Belə ki, separatçılar Qarabağda qondarma humanitar fəlakət şouları təşkil edir, Ermənistan ölkəmizlə sərhədə yük maşınları yığmaqda davam edirdi. Buna paralel olaraq Fransanın dəstəyi ilə məsələni BMT Təhlükəsizlik Şurasında qəbul etdirmək niyyəti güdülürdü. Faktiki olaraq həmin məqsəd baş tutmadı. Hətta BMT Təhlükəsizlik Şurasında sərgilənən mövqe də buna imkan vermədi. Şuradakı digər ölkələrin niyyəti də bəlli idi. Belə ki, Rusiya Laçın yolu ilə yüklərin daşınmasına şərait yaratmaqla yanaşı, Ağdam-Xankəndi yolunun da açılmasının tərəfdarıdır. Digər yandan, Amerika bu məsələylə bağlı hər hansısa ölkə tərəfindən bəyənatın verilməsinin əleyhinədir.

İndiki situasiyada separatçıların ata biləcəyi addımlar daha fərqli gözlənilir. Onlar bir növ təxribatlara gedərək Qarabağda “soyqırımı” görüntüsü yaratmağa çalışacaqları güman edilir. Bu mövzuda separatçılar üçün iki əsas qüvvə dəstək verə bilər: Rusiya və Ermənistan. Ermənistanın isə təsir imkanları və Azərbaycanla qarşıdurmaya gedə biləcək gücü yox dərəcəsindədir. Amma Rusiyanın bu prosesdə separatçıların istəyinə tam şəkildə hərəkət etməsi görünmür. Son vaxtlar da onların istəklərinin tam qarşılanmadığı görünür. Əgər Rusiya Ağdam-Xankəndi yolunu qəbul etməsəydi, böyük ehtimalla, Separatçıların bölgədə təxribatları baş tutmuş olardı. Lakin bu o demək deyil ki, separatçılar bu məsələdən imtina edib. Düşünürəm ki, bu da onların alternativ istifadə edə biləcəyi ssenarilərdən biridir.

Yaranmış situasiyada onların bu təklifi qəbul etməkdən başqa çıxış yolu yoxdur. Bu yaxınlarda Bərdədə Qarabağ ermənilərinin nümayəndələrinin Azərbaycanla görüşü gözlənilir. Bütün hallarda reallıq budur ki, oradan gələnlərin mövqeyi separatçıların mövqeyi deməkdir. Əsas məsələ Azərbaycanın təklif etdiyi Ağdam marşrutunun qəbul edilməsidir. Bu görüş Azərbaycanın Qarabağ iqtisadi rayonunda mərkəzi idarəçiliyin təmin edilməsi yolunda böyük addımlardan biridir. Lakin bunu da nəzərdən qaçırmamalıyıq ki, onlar bizim qarşımıza hər hansısa tərəf kimi gələ bilərlər. Təbii ki, Azərbaycan bunu qəbul etməyəcək. Bu addımlar qəbul edilmədiyi müddətcə yenidən təxribatlar baş tuta bilər. Bununla da beynəlxalq müstəviyə göstərməyə çalışacaqlar ki, Azərbaycan tərəfi bunlara rəğmən heç bir güzəşt addımı atmır. Qeyd etdiyim bu variant da istisna edilməməlidir.
Lakin hazırkı vəziyyətdə onlar da anlayır ki, Ağdam marşrutundan başqa alternativ yol olmayacaq. Sadəcə olaraq qondarma rejim bu prosesdən daha az itkiylə çıxmağa çalışır. Bir yandan da buna da çalışacaqlar ki, Ağdam-Xankəndi yolu baş tutacağı təqdirdə, nəticə olaraq separatçıların sonuna gətirib çıxarmasın”.

Yusif Səmədzadə

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv