!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların Bakıya müraciətinin SƏBƏBLƏRİ: Sülhməramlıların nəzarət etdiyi ərazidə... - ŞƏRH

!Reklam – Yazi

“Bu təklif ilə erməni əhalisinə “işləyirik” mesajını verir, həm də əlaqələrinin bərpasına nail olmağa ümid edirlər”.

Yenicag.az xəbər verir ki, bunu Qarabağdakı separatçı rejimin Rusiya sülhməramlıları vasitəsilə rəsmi Bakıya görüşün keçirilməsi təklifini şərh edərkən politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, onların Bakıda görüşməkdən iki dəfə imtina edəndən sonra bu istəklərinin bir neçə səbəbi var:

“Sülhməramlıların nəzarət etdiyi ərazidə “təxirəsalınmaz humanitar məsələləri” müzakirə etmək istəyirlər. Bu istəklərinin səbəblərindən biri budur ki, Beynəlxalq icimaiyyət qarşısında təmaslarda maraqlı olduqlarını nümayiş etdirirlər. İkincisi, bu təmasları sülhməramlıların vasitəsilə qurmaqla reinteqrasiya prosesini qəbul etməmək və özlərini tərəf kimi göstərməyə çalışırlar. Və ən mühüm detal görüşmək istəyən separatçıların çıxılmaz vəziyyətdə olmalarıdır, “təxirəsalınmaz məsələləri” müzakirə etmək istəkləri də bundan qaynaqlanır. Ordumuzun son əməliyyatları ermənilərin xarici aləmlə bağlantılarının nəzarətə götürülməsi ilə nəticələnib. Məlumatlara görə, yolları nəzarətə götürəndən sonra rəsmi Bakının son tələbi ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmələri olub. Separatçılar erməni əhalisinin bu seçiminin qarşısını alır, lakin yolların bağlanması onların Qarabağdakı əhali üzərində təsir imkanlarını saxlamalarını da çətinləşdirir. Bu vəziyyətdə görüş təklifi ilə erməni əhalisinə “işləyirik” mesajını verir, həm də Ermənistanla əlaqələrinin bərpasına nail olmağa ümid edirlər”.

Politoloq vurğulayıb ki, Azərbaycanın təklifi isə qüvvədədir: Bakıda görüş və reinteqrasiya məsələlərinin müzakirəsi…

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv