!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların hərbi texnikanı Qarabağdan çıxarmaq CƏHDİ: “Buna imkan vemək olmaz”

!Reklam – Yazi

“Hərbi texnikalar Qarabağdan çıxarılmamalıdır. Buna imkan vermək olmaz. Hərbi texnika Azərbaycana təhvil verilməlidir”.

Bunu separatçı rejimin “təhlükəsizlik şurası”nın sabiq katibi Samvel Babayanın rəsmi Bakının tələbi ilə qondarma rejimə məxsus 56 zirehli texnika Qarabağ ərazisindən çıxarılıb açıqlamasına münasibət bildirən hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

 

O, bildirib ki, Qarabağdakı separatçı rejimin rəhbərliyi ilə vaxtı ilə Xankəndində yüksək vəzifə tutan Vitali Balasanyan arasında gizli mübarizə gedir:

“Ermənistandakı ermənilər Vitali Balasanyanı Qarabağdakı separatçı rejimin rəhbəri kimi gördükləri üçün ona üstüörtülü dəstək verirlər. O, separatçı Arayik Arutyunyanın və rəhbərlik etdiyi rejimin sonuna çıxmaq üçün əsas fiqurlardan biridir. Bu səbəbdən ona qarşı ciddi ittihamlar irəli sürür. Təhlükəsizlik şurasının sabiq katibi Samvel Babayan separatçı rejimin mətbəxindən çıxmış biri olduğu üçün məlumatlı biridir.

Hazırki proseslər hər bir halda bizim lehimizədir. Həm Ermənistan rəhbərliyinin, həm də separatçı rejimin daxilində parçalanma var. Artıq Vitali Balasanyan danışıqlara getməyin tərəfdarı olduğunu bildirdi.

Arayik Arutyunyan və Ruben Vardanyan isə “heç vaxt danışıqlara getməməliyik” cəbhəsini tutur. Hazırda başda oturanlar arasında mövqe mübarizəsi gedir.

Balasanyan gələcəkdə separatçı qurumun rəhbəri, Azərbaycanla danışıqları apara biləcək şəxs ola biləcəyini düşünür. Amma Balasanyanın həm birinci, həm də ikinci Qarabağ müharibəsinin iştirakçısı, əlində azərbaycanlı qanı olduğunu bilirik.

Daralan halqa səbəbindən separatçılar arasındakı mübarizə daha da gərginləşəcək. Bir-birlərini satmağa davam edəcəklər. Bizim üçün rəhbərliyi təmsil edəcək şəxs nə Balasanyan, nə də Arutyunyandır.

Azərbaycan ölkəmizə qarşı cinayət əməllərində əli olan insanlarla danışıqların aparılmasını istəmir.

Hərbi texnikalar Qarabağdan çıxarılmamalıdır. Buna imkan vermək olmaz. Hərbi texnika Azərbaycana təhvil verilməlidir.

Ermənilər Vətən müharibəsi zamanı 11 min fərari ilə hərbi texnikalarının 60-70%-ni bizə təhvil verdiyi kimi, indi də Azərbaycana təhvil verməlidir. Qarabağdan hansısa texnikanın çıxarılmasına göz yummayacağıq.

Hərbçilər silahsızlaşıb bölgəni tərk edə bilər, lakin hərbi texnikalar hamsı Azərbaycana məxsus olacaq. Xoşluqla istəklərimizi yerinə yetirəcəklərsə, nə yaxşı, etməyəcəkləri təqdirdə isə Azərbaycanın hər situasiyaya uyğun planı mövcuddur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv