!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların İrəvanda toparlanmaq CƏHDİ: “Azərbaycanın buna cavabının necə olacağını...”

!Reklam – Yazi

“Ləğv edilmiş separatçı rejimin nümayəndələrinin saxlanılması Ermənistanın onların fəaliyyətini məqbul saymamasının göstəricisidir”.

Bu fikirləri ortadan qaldırılmış separatçı rejimin Ermənistandakı təmsilçilərinin yenidən baş qaldırmaq cəhdlərinə hökumətin yanaşmasını şərh edən politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, separatçıların hazırda cəsarətlənməyinə əsas səbəb xarici güclərin onlara dəstək verməsidir:

“Nə qədər dirçəlməyə çalışsalar da, istədiklərinə nail olmayacaqlar. Onlar terrorçu birləşmədən başqa bir şey deyil. Separatçı qurumu nəinki digər dövlətlər, heç Ermənistan belə tanımır. Çünki Paşinyan administrasiyası belə bir addım atacağı təqdirdə, Azərbaycanın Qərbi Azərbaycan məsələsini gündəmə gətirəcəyini çox yaxşı anlayır.

Bu isə sözün həqiqi mənasında Ermənistana “başağrı” verəcək. Digər tərəfdən isə Ermənistan hökuməti bu fəallığın arxasında Qarabağ klanı və Rusiyanın dayandığını yaxşı anlayır. Sadalanan amillər nəzərə alındıqda, separatçı rejimin yenidən dirçəlməsinə dəstək olmaq Paşinyan və komandasının maraqlarına ziddir.

Əlavə olaraq, ləğv edilmiş separatçı rejimin nümayəndələrinin saxlanılması Ermənistanın onların fəaliyyətini məqbul saymamasının göstəricisidir. Bunu açıq şəkildə özlərinə təhdid kimi qiymətləndirirlər. Çünki əks halda, Azərbaycanın buna cavabının necə olacağını təxmin edirlər. Paşinyanın bu məsələdə ethiyat etməsinin səbəbi məhz budur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2173
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv