!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların İrəvandakı “MÜHACİR HÖKUMƏTİ”: “Türkiyə və Azərbaycanın Paşinyana təzyiqi...”

!Reklam – Yazi

“Ermənistanda seperatçıların leqal fəaliyyətinə icazə verməməklə bağlı tövsiyələr Paşinyana Qərbdən ötürülür”.

Bu fikirləri Azərbaycan əleyhinə yenidən baş qaldırmağa çalışan separatizmə qarşı Ermənistan hökumətinin reaksiyasından danışan politoloq Elşən Manafov Yenciag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan iqtidarının hazırda erməni kilsəsi və müxalifətinə qarşı sərgilədiyi mövqe İrəvanın Qarabağ seperatçılarının Ermənistanda mühacir hökuməti qurmalarına icazə verməyəcəyini deməyə əsas yaradır:

“Seperatçıların bu ölkədə leqal fəaliyyəti Ermənistanın Azərbaycanla apardığı sülh danışıqlarına neqativ təsir edə bilər və bu da Paşinyanın nizamlama prosesi ilə bağlı verdiyi açıqlamaların fonunda iqtidarın xeyrinə deyil.

Paşinyan hakimiyyətinin Azərbaycanın Qarabağda apardığı antiterror əməliyyatlarına loyal mövqeyi bir tərəfdən Ermənistanın bu prosesləri əngəlləmək imkanlarının olmamasından, digər tərəfdən isə ona Qərbdən, xüsusilə, Fransadan olan ismarışlarla bağlı olub.

Qərbdə Qarabağın Azərbaycana “güzəştə gedilməsini” Rusiyanın regiona, özəlliklə də Ermənistana təsir imkanlarının daralması prizmasından yanaşıldığı üçün Paşinyana məhz loyal mövqe sərgilənməsi məsləhət görülüb.

Ermənistanda seperatçıların leqal fəaliyyətinə icazə verməməklə bağlı tövsiyələr də Paşinyana Qərbdən ötürülür. Erməni kilsəsinin və müxalifətinin bəyanatları fonunda Seperatçıların çağırışları cəmiyyətdə revanşizm meyllərinin güclənməsinə şərait yarada bilər. Bu da indiki şəraitdə Paşinyan və onun Qərbdəki havadarlarının planlarından kənardır.

Paşinyan Qarabağın itirilməsinə görə Qərbin sifarişi ilə Rusiyanı gunahlandırır. Yəni Rusiyanın Azərbaycanla işbirliyində olduğunu bildirir. Bu isə Ermənistan iqtidarına ölkədə antiRusiya təbliğatının daha da alovlanması üçün vacibdir. Seperatçıların kilsə və müxalifətlə birgə Paşinyana qarşı çıxıb onu erməni xalqının milli maraqlarına xəyanətdə günahlandırması isə mahiyyət etibarilə, baş nazirin Qərbdəki havadarlarının xeyrinə deyil.

Bu, qarşıdaki seçkilərdə Paşinyanın heç də lehinə işləməyəcək faktora çevrilə bilər. Digər tərəfdən, seperatçıların leqal fealiyyəti Paşinyan hökumətinə Türkiyə və Azərbaycandan olan təzyiqlərin guclənməsinə səbəb ola bilər. İndiki halda Paşinyan hökuməti buna yol verə bilməz”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2167
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv