!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların liderinin "İSTEFA"SI: "Arayik Arutyunyanın müzakirəsi yolverilməzdir"

!Reklam – Yazi

“Əgər biz Arayik Arutyunyanı müzakirə etsək, qondarma rejimi legitimləşdiririk”.

Bu sözləri Qarabağdakı separatçı rejimin rəhbəri Arayik Arutyunyanın !istefa” etmə ehtimalının Azərbaycan ictimayətində müzakirə edilməsini şərh edən Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, Arayik Arutyunyanın “istefa” etmə ehtimalının müzakirəsi yolverilməzdir:

“Suvernelik prinsipləri ilə yanaşsaq, Azərbaycanın bəyan etdiyi, haqlı olaraq dönə-dönə vurğuladığı Qarabağın dağlıq hissəsi ilə bağlı mövqeyinin üstündə dursaq, Arayik məsələsini müzakirə etməli deyilik. Arayikin fəaliyyəti qanunsuzdur, Azərbaycan Konstitusiyasına zidd olan bir qurumun rəhbəridir. Əgər biz onu müzakirə etsək, legitimləşdirmiş olarıq. Ona görə də birmənalı şəkildə Qarabağda yaşayan ermənilərin vətəndaş hüquqlarından o yana düşünülməməlidir.

Arayik gedir, kim gəlir gəlsin, Azərbaycana fayda verməyəcək. Elə bir mexanizm var ki, ora ancaq quldurlar, bölücülər, Azərbaycanın sülh təkliflərini bloklamaq istəyənlər, müharibə çağırışı edənlər, “Böyük Ermənistan” xəstəliyinə tutulanlar gəlməlidir. Bu baxımdan bizim ritorikamızda o getsin, bu gəlsin yoxdur, olmamalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv