!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların liderləri "YOXA ÇIXDI" - "İki gündür onlarla əlaqə kəsilib, heç bir məlumat yoxdur" - Erməni mediası

!Reklam – Yazi

“Dünəndən onlarla əlaqə kəsilib, harada olduqları barədə heç bir məlumat yoxdur”.

Yenicag.az xəbər verir ki, bunu Qarabağdakı ləğv edilmiş qondarma qurumun keçmiş liderlərinin yaxınlarıı erməni mediasına bildiriblər.

“İki gündür Artsaxın keçmiş prezidentləri ilə əlaqə kəsilib. Onlarla birlikdə bir qrup hökumət və hərbi rəhbərlər hələ Ermənistana qayıtmayıblar. Hətta onların yaxınlarının da harada olduqları barədə məlumatı yoxdur. Və dünən insanlar Ermənistan Respublikasının hakimiyyət orqanlarına, beynəlxalq ictimaiyyətə, Rusiya Federasiyasının hakimiyyət orqanlarına müraciət etdilər ki, onları Ermənistana aparmaq və Bakıda həbsdə olan liderlərimizi azad etmək üçün hər şeyi etsinlər.

Türkiyə-Azərbaycan siyahılarına daxil edilmiş, hələ də Qarabağda olan erməni hərbi, siyasi və ictimai xadimlərinin təxliyəsi olmalıdır. Erməni cəmiyyəti iflasa uğrayır. Ermənistan səy göstərməli və düşmənin planlarını pozmaq üçün bütün diplomatik rıçaqlardan istifadə etməlidir”, – erməni mediası yazıb.

Xuraman Etibarlı

 

www.yenicag.az

330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv