!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların “müstəqilliyinin” TANINMASI: Rusiyaya daha bir xəbərdarlıq edildi

!Reklam – Yazi

ABŞ dövlət katibi Entoni Blinken Rusiyada Ukraynanın Donbas bölgəsindəki separatçı rejimlərin tanınması çağırışlarına reaksiya verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Rusiya tərəfindən Ukraynanın Donetsk və Luqansk vilayətlərindəki separatçı rejimlərin tanınmasının doğura biləcəyi nəticələrlə bağlı Moskvaya xəbərdarlıq edib.

Onun bu barədə fikirləri ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.

Blinken bildirib ki, Rusiyanın ata biləcəyi o addım Ukraynanın ərazi bütövlüyünə qəsd, eyni zamanda, beynəlxalq hüquq normalarının kobud surətdə pozulması kimi qiymətləndiriləcək.

Dövlət katibinin sözlərinə görə, Rusiyanın qeyd olunan separatçı rejimləri tanıması Moskvanın dialoq istəyinin qeyri-səmimi olduğunu göstərəcək. Bu halda ABŞ öz müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı sürətli və qəti cavab vermək məcburiyyətində qalacaq.

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv