!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların ÖZBAŞINALIĞI: “Azərbaycan növbəti dəfə daha sərt addımlar atmağa...” - MÖVQE

!Reklam – Yazi

“Ermənistanın başına gələn bu qədər fəlakətdən sonra hansısa təxribata əl atması Azərbaycanı növbəti dəfə daha sərt addımlar atmağa vadar edə bilər”.

Bunu erməni siyasi şərhçilərin Qarabağda qanunsuz fəaliyyət göstərən separatçılar və Ermənistanın taleyi ilə bağlı narahatlıq dolu açıqlamalarını qiymətləndirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Qarabağda müvəqqəti fəaliyyət göstərən rus sülhməramlı kontingentinin erməni silahlılarına kuryerlik etməsi birmənalı olaraq Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli bəyanatın şərtlərinə tamamilə ziddir:

“Bundan iki il yarım öncə üçtərəfli bəyanatla Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlılarının bölgədən çıxarılması tələb olundu. Lakin onlar hələ də bizim ərazilərimizdədir. Səbəb isə rus kontingentinin birmənalı olaraq erməni terrorçularına zəmanət verməsidir. Ərazilərimizdə bizə tabe olmayan, qanunsuz fəaliyyət göstərən erməni silahlılarının hərəkətləri qəbuledilməzdir. Ermənistanın başına gələn bu qədər fəlakətdən sonra hansısa təxribata əl atması Azərbaycanı növbəti dəfə daha sərt addımlar atmağa vadar edə bilər. Azərbaycan öz ərazisində bu kimi fəaliyyətlərin qarşısının alacaq. “Qisas” əməliyyatının növbəti mərhələsinin keçiriləcəyi istisna deyil. Bu isə əvvəl də olduğu kimi Ermənistan üçün yaxşı heç nə vəd etmir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

304
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv