!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların qoyduğu "vaxt" bitdi: "Azərbaycan Türkiyə ilə..." - MÖVQE

!Reklam – Yazi

“Təəssüf ki, Azərbaycan da onların gündəminin təsirinə düşür”.

Bu fikri separatçı rejimin təşkil etdiyi mitinqlər, “sərt tədbirlər”lə verilən vaxtın bitməsi və Azərbaycanın ata biləcəyi addımları şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elşad Musayev bildirib ki, separatçı rejimin verdiyi vaxtın heç bir əhəmiyyəti yoxdur:

“Separatçılara dil verən, onları körükləyən birmənalı bilməliyik ki, Rusiyadır. Bizdə elə fikir formalaşıb ki, guya Paşinyan sülh müqaviləsi imzalamaq istəyir. Bu, ciddiyə alınacaq fikir deyil. Rusiya ilə yanaşı separatçıları Ermənistan da qızışdırır. Paşinyan sülh müqaviləsi imzalamağa hazır deyil.

Ermənilər çalışır ki, gündəm yaratsın, bütün dünyanın diqqətini çəksinlər. Təəssüf ki, Azərbaycan da onların gündəminin təsirinə düşür. Bu yanlışdır. Azərbaycan Türkiyə ilə məsləhətləşməlidir. Yaxın müddətdə antiterror əməliyyatını keçirmək lazımdır. Onlar başqa dildə anlamır.

Azərbaycan Qərbi Azərbaycan məsələsini ortaya qoymalıdır. Bundan əlavə itirilmiş torpaqlar məsələsini gündəmə gətirməlidir.

Paşinyan deyir ki, Ermənistanın əsas məqsədi ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanda buna heç kim diqqət etmir. Yumşalmaq olmaz. Azərbaycanda bəziləri qorxaqcasına beynəlxalq hüquqdan danışır. Hansı hüquqdan danışmaq olar ki, ermənlər sənin ölkənin içərisində separatçı rejim formalaşdırıb. Siyasi partiya rəhbərləri qorxur, ekspertlər, politoloqlar, dövlət adamları, deputatlar çəkinir. Bir tək ölkə prezidenti strateji düşünür. Yerdə qalanları qorxaq davranır. Qorxaraq, Qərbə, hansısa dairələrə xoşgələn sözlər demək olmaz”.

Səxavət Məmməd

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv