!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların SON ÇIRPINTILARI: “Laçın postuna yürüş məsələsi bu rejimin..." - POLİTOLOQ

!Reklam – Yazi

“Laçın postuna yürüş məsələsi separatçı rejimin boş xülyasıdır”.

Bunu Qarabağda qanunsuz fəaliyyət göstərən separatçı rejimin iyulun 15-i keçiriləcək Brüssel görüşünün nəticələrindən asılıq olaraq erməni əhalini Laçın postuna doğru yürüyüşə cəlb etmək çağırışlarını qiymətləndirən politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistan dövlətinin siyasəti hər zaman şərləmək, özünü yazıq göstərmək, başqalarının qarşısında göz yaşı tökmək və işğalçılıqdan ibarət olub:

“Hazırda reallıqlar tamamilə dəyişib. Torpaqlarını işğaldan azad etmiş qalib Azərbaycan var. Və Azərbaycan Ermənistanı sülhə məcbur edəcək.
Keçən il Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün yetəri qədər işlər görüldü. Ermənistan Baş naziri Nikol Paşinyan ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağı ilə bağlı mesajlar verirdi. Lakin hər zaman olduğu kimi başda Fransa olmaqla bir sıra qüvvələr müqavilənin əldə olunmasına mane oldu.

Bu il Ermənistan-Azərbaycan arasında sülhün əldə olunması üçün proseslər intensivləşib. Görüşlər artıq Moskvada deyil, Vaşinqtonda keçirilir. ABŞ hazırda Cənubi Qafqazda sülhün təmin olunmasına və Rusiyanın bölgədən sıxışdırılıb çıxarılmasına çalışır.

Laçın postuna yürüş məsələsinə gəldikdə isə, separatçı rejimin bu çağırışı tamamilə boş xülyadır. Çünki Azərbaycan öz suveren ərazisində post qurub. Keçid məntəqəsinin bağlı, yaxud qapalı olması ölkə daxili məsələdir. Ermənistan Laçın keçid-buraxılış məntəqəsi ilə bağlı dəfələrlə beynəlxalq məhkəmələrə müraciət etsə də, ciddi qəbul olunmayıb. Çünki qeyd etdiyim kimi, Laçın Azərbaycanın beynəlxalq səviyyədə tanınan suveren ərazisidir. Ermənistan uduza-uduza gedir və özünü biabır edir.
Xankəndidə 120 min əhali olduğunu deyib keçirdikləri mitinqə heç 120 nəfər yığa bilmədilər. Çünki artıq başqa çarələrinin olmadığını dərk edirlər.
Yaxın perspektivdə Azərbaycan bütün hədəflərinə nail olacaq. Separatçı rejimin qanunsuz hərbçiləri Qarabağdan çıxarılacaq, Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizi fəaliyyətə başlayacaq, Qarabağda yaşayan erməni əhali Azərbaycana inteqrasiya olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

1159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv