!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların SONU: “Əleyhimizə fəaliyyət göstərən bütün qüvvələr məhvə məhkumdur” - ŞƏRH

!Reklam – Yazi

“Rusiyanın vasitəçiliyi ilə separatçıların gərginlik yaratmaq arzularının da puç olacağını əminliklə deyə bilərəm”.

Bunu Qarabağda qanunsuz fəaliyyət göstərən separatçıların Azərbaycanla müharibə istəyindən danışan politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, qanunsuz fəaliyyət göstərən separatçı rejimin Azərbaycanla hansısa formada müharibə edə bilmək üçün gücü yoxdur:

“Separatçılardan müxtəlif qüvvələr ölkəmiz əleyhinə istifadə etməyə çalışırlar. Xüsusilə Rusiya qondarma rejim vasitəsilə Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istəyir. Bütün bunlar əlbəttə ki, prosesin Ermənistan və dəstəklədiyi separatçılar üçün daha da gərgin bitməsi ilə nəticələnib.

Ümumilikdə Azərbaycanın öz mövqelərini kifayət qədər gücləndirdiyini nəzərə almaq lazımdır. Azərbaycanın Xankəndidə yuristiksiyası bərpa edilməlidir. Bununla bağlı Prezident İlham Əliyevin sərgilədiyi konkret mövqeyi var. Ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycan dövləti və xalqı üçün qızıl ortamdır. Prosesləri sabotaj etməyə çalışan və əleyhimizə fəaliyyət göstərən bütün qüvvələr məğlubiyyətə düçardır. Ona görə də Rusiyanın vasitəçiliyi ilə separatçıların gərginlik yaratmaq arzularının da puç olacağını əminliklə deyə bilərəm”.

Nəsimi Ələsgərli

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv