!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların TƏLAŞI: "Siyahıda 720 nəfər var" - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Cinayət əməllərində əli olanlar sərhədi qanuni yolla tərk edə bilməyəcəklər”.

Bu sözləri Qarabağda törədilmiş cinayətlərdə əli olan şəxslərin saxlanılması və prosesin necə davam edəcəyini dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, cinayət əməllərində əli olan hər bir şəxs cəzalandırılmalıdır:

“Vaqif Xaçaturyan axtarışda idi. Kimlər axtarışdadırsa, onlar Azərbaycanın nəzarətindədir. Belələrinin sayı 720 nəfərə çatır. Separatçılar vəziyyəti bilirlər. Onlar artıq anladılar ki, sərhəd-keçid məntəqəsinin qurulması ilə onların şansları bitib. Sərhədi qanuni yolla tərk edə bilməyəcklər.

Azərbaycan dövləti bir addım da geri çəkilməməlidir. Vaqif Xaçaturyan kimilərin saxlanılmasına nail olmalıdır. İnanıram ki, bu proses davam edəcək”.

Səxavət Məmməd

www.yenicag.az

176
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv