!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların TƏXRİBAT CƏHDİ: "Sülhməramlılar qarşısını almasa, Daxili Qoşunlar müdaxilə etməlidir"

!Reklam – Yazi

“Rusiya sülhməramlıları iki xalq arasında əmin-amanlığı təmin etmək üçün yeridilibsə, ermənilər sərhədçilərimizə doğru gələcəksə, onun qarşısını almağa borcludurlar”.

Bu fikirləri Laçın sərhəd-keçid məntəqəsi istiqamətində baş verən proseslər haqqında  danışan hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Azərbaycan Qarabağda yaşayan vətəndaşları ilə digərləri arasında fərq qoymamalıdır:

“Bir müddət əvvəl ekofəallar aksiya keçirən zaman üzü Xankəndiyə tərəf təbii sərvətləri talayanlara qarşı dinc yürüş təşkil etmək istədilər. Onun qarşısını Rusiya sülhməramlısı aldı. Əgər Rusiya sülhməramlıları iki xalq arasında əmin-amanlığı təmin etmək üçün yeridilibsə, ermənilər sərhədçilərimizə doğru gələcəksə, onun qarşısını almağa borcludurlar. Bu, sərhəddir. Bu dövlət aparatı, icra hakimiyyəti, bələdiyyə deyil. Sərhəd olduqca strateji yerdir. Ora daxildən, ya xaricdən dinc, qeyri-dinc məqsədlərlə yürüş etmək yolverilməzdir. Azərbaycan yurisdiksiyası Qarabağda işləmirsə və bunu Rusiya sülhməramlıları öz üzərinə götürübsə, ruslar onların qarşısını almayacaqsa, onda Azərbaycan öz qüvvəsindən və qanunlarına uyğun olaraq hərəkət etməlidir və edəcək. Əgər etməyəcəksə, belə çıxacaq ki, Azərbaycan orqanları öz vətəndaşları arasında fərq qoyur. Əgər Azərbaycanda 5 nəfər bir araya gəlib aksiya keçirməyə imkan verilmirsə, orada ermənilərə niyə icazə verilməlidir? Ermənilərin kompakt yaşadığı ərazi var. Onların öz yaşadığı ərazidən çıxıb gəlib başqa rayonun ərazisində nə ixtiyarı var ki aksiya keçirsin? Necə gələ bilərlər?

Belə çıxır ki, bu, düşünülmüş təxribatdan çox təcavüzə oxşayır. Qarabağda yaşayan ermənilərin hamısı təpədən-dırnağa qədər silahlıdır. Hər biri döyüşlərdə iştirak edib. Kim qaranti verə bilər ki, onların üzərində silah olmayacaq? Ona görə də zəhmət çəkib Daxili Qoşunlar öz funksiyasını yerinə yetirsin. Dinc aksiya olacaqsa, bu, ordunun funksiyasına daxil deyil. Ordu yalnız müşahidə aparmalıdır. Əgər silahlı insident yaşanarsa, sərhəd-keçid məntəqəsinə silahlı basqın olarsa, ordu müdaxilə edə bilər. Yox, dinc aksiya olacaqsa, Daxili Qoşunlar Söyüdlüdə çox gözəl təlim alıb. Zəhmət çəkib Laçında da məharətlərini göstərsinlər”.

Səxavət Məmməd

www.yenicag.az

731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv