!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların üz-üzə qaldığı REALLIQ: “Samvel Babayan da bilir ki...” - POLİTOLOQ

!Reklam – Yazi

“Babayan Arayik Arutyunyan və xuntasına qarşı cəbhə formalaşdırdığı üçün həm də bunu Qarabağ ermənilərinin narazılığından özünə xal qazanmaq məqsədilə də edə bilər”.
Bunu separatçı rejimin “təhlükəsizlik şurası”nın sabiq katibi Samvel Babayanın hazırkı reallıqları qəbul etməsi istiqamətində verdiyi mesajlar haqqında fikirlərini səsləndirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Samvel Babayan uzun müddət azərbaycanlılara qarşı ağlasığmaz vəhşiliklər edən terrorçulardan biridir:

“Onun 90-cı illərin əvvəllərində qadın-uşaq demədən, Azərbaycan xalqına qarşı törətdiyi vandallıqlar sənədlər və sübutlarla ortaya çıxarılıb. Samvel Babayan da haqqında cinayət işi qaldırılmış terrorçulardan biridir. 1991-ci ildə Xocalının Meşəli kəndində mülki azərbaycanlıları qətlə yetirən erməni Vaqif Xaçaturyan kimi bir gün onun da Azərbaycan qanunları qarşısında cavab verəcəyi bəlli məsələdir.

Bu gün Samvel Babayan reallıqları söyləyir. Babayan da daxil olmaqla bir çox separatçı radikallar artıq Azərbaycanın şərtlərini qəbul etmək və reallıqlara uyğun siyasət həyata keçirməkdən başqa yollarının qalmadığının fərqindədir. Çünki uzun illər ərzində bunun əksi olan siyasi kursu həyata keçirmək bu gün həm Ermənistanın məhvinə, həm də Qarabağ ermənilərindən daim Azərbaycan əleyhinə mina kimi istifadə edilməsinə səbəb olub.

Uzun illər ərzində Qarabağdakı erməni əhalinin Azərbaycana inteqrasiyasının qarşısını almaqla təhlükəli tendensiyaların əsası qoyulub. Bu gün Qarabağ erməniləri Ermənistan və bir çox beynəlxalq güc faktorlarının əlində oyuncağa çevrilib. Qarabağ ermənilərinin içərisində rasional düşünən, ağlı başında olan insanlar da artıq Xankəndi əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa heç bir yolunun qalmadığının fərqindədir.

Bu baxımdan Samvel Babayanın fikirləri reallığı qəbul etməkdən irəli gələn nəticədir. Eyni zamanda bu gün Babayan Arayik Arutyunyan və xuntasına qarşı cəbhə formalaşdırdığı üçün həm də bunu Qarabağ ermənilərinin narazılığından özünə xal qazanmaq məqsədilə də edə bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv