!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçıların Xankəndiyə gəldikləri YOLLAR: Ekspertlər gizli cığırlar haqqında danışdılar

!Reklam – Yazi

Tərlan Eyvazov: “Əminəm ki, 5 kilometr enindəki dəhlizdən cığırlar mövcuddur”.

Azay Kərimov: “Arayik və qeyri-rəsmilər, başqaları etiraz edənlərin arxasından Xankəndiyə bu yolla gedib-gəlirlər”.

Bu fikirləri Xankəndiyə ara yolların olma ehtimalları və həmin əraziyə nəzarəti ələ keçirmək üçün atılmalı olan addımlar haqqında danışan hərbi ekspert Tərlan Eyvazov və ehtiyatda olan polkovnik Azay Kərimov Yenicag.az-a açıqlamalarında deyiblər.

Tərlan Eyvazov bildirib ki, ara yollara nəzarət etmək üçün Azərbaycan tərəfi ciddi addımlar atmalıdır:

“Münaqişə başlayan zaman Azərbaycanın könüllüləri, polis dəstələri, ərazi könüllü batalyonları Qarabağa ermənilərin döyüşçü göndərməsinin qarşısını almağa çalışıb. Ancaq bizim hazırlığımız o qədər yüksək səviyyədə olmayıb. Ondan sonra Sovet rəhbərliyinə müraciət olundu ki, orada 4-cü ordunun bölmələri yerləşdirilib. Buna baxmayaraq iki sovet respublikası bir dövlətin içərisində olduğuna görə məlum sərhəd dirəkləri, konstruksiyalar, mühəndis-istehkam qurğuları olmayıb. Əsrlər boyu terror sahəsində təcrübəsi olan ermənilər istifadə edirdi, eləcə də Ermənistana xaricdən gələn döyüşçülər ora keçirdilər, Dağlıq Qarabağın müxtəlif kəndlərində yerləşir, həm bizə, həm də Sovet əsgərlərinə hücum edirdilər. Bu təxribatların bir çoxu Azərbaycanla yaxşı münasibət qurmaq istəyən yerli ermənilərə qarşı da yönəlmişdi. Onları təhdid altında saxlayırdılar. Onlar, təbii ki, Laçın dəhlizindən yox, cığırlardan keçirdilər.

Bu gün əsas yol Azərbaycanın, dinc nümayişçilərin nəzarəti altında olsa da, əminəm ki, 5 kilometr enindəki dəhlizdən cığırlar mövcuddur. Azərbaycan Sərhəd Qoşunlarının təchizatı dünya səviyyəsindədir. Ancaq 5 kilometr enindəki dəhliz olduqca böyükdür. Ora biz nəzarət etmirik. Eyni zamanda, 2 min nəfərə yaxın olan rus sülhməramlıları da ora nəzarət etmək gücündə deyillər. Onlar yalnız əsas yolda dururlar, bir də yolun üzərində patrul xidməti həyata keçirirlər. Qalan yerlərdən torpaq yollar məlumdur. Torpaq yollarla hava şəraiti imkan verərsə, maşınlarla keçmək mümkündür.

Separatçı rejimin liderlərinin, təxribatçıların bir gün səsi Ermənistandan, bir gün Avropadan, bir gün də Qarabağdan gəlir. Onlar, bizim bəzi “çoxbilmiş”lərin dediyi kimi, baqajda gəlmirlər. Çünki yolda Azərbaycanın ciddi nəzarəti var. Onlar ara yolla hərəkət edirlər. Biz dəhliz vermişiksə, o demək deyil ki, ora nəzarət olmamalıdır. Əgər rus qüvvələrinin imkanı yoxdursa, Azərbaycan Sərhəd Qoşunlarının tam imkanı və ixtiyarı var ki, həmin nəzarətsiz ərazilərə nəzarət etsinlər”.

Ehtiyatda olan polkovnik Azay Kərimov isə bunları deyib:

“Xankəndinin arxa tərəfindən çıxan maşın yolu birinci Kərcicahan kəndinə çıxır, 1 kilometrdən sonra Xəlifəli, sonra Şirlan kəndi gəlir. Şirlan kəndindən çıxan kimi isə 2 yol ayrımı var. Sağa Laçının Arduştuvə Minkəndinə oradan da Laçına çıxır. Sol tərəfə burulanda Laçının Fingə kəndinə, oradan da 500 metrdən sonra Xankəndi Laçın dəhlizinə – şüşə kimi asfalt yola çıxırsan. Yəni Turşu (Lisaqor) kəndinin alt hissəsinə, hal-hazırda etirzçılarımızın dayandıqları yerdən 60 kilometr arxalarına. Bu yol isə heç bir maneə olmadan düz İravana kimi gedir. Yuxarıda sadaladıqlarımın, adlarını çəkdiyim kəndlərin hamısı Azərbaycan kəndləridir və heç kim də yaşamır.

Arayik və qeyri-rəsmilər, başqaları etiraz edənlərin arxasından Xankəndiyə bu yolla gedib-gəlirlər. Həmin yerdən Xankəndiyə təxminən 15 kilometr məsafədir. Yol işlək vəziyyətdədir, yük və uzun maşınlar hərəkət edə bilməsə də, kiçik maşınlar üçün tam uyğundur. Şuşa alınandan sonra bildirdim ki, kiçik qruplar halında bu kəndlərə sızıb əsgər kazarması yaratmaq lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

2194
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv