!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Separatçılarla sülhməramlıların "TOQQUŞMA"SI: “Yaxşı olardı ki, qanunsuz birləşmələrin çıxarılması ilə bağlı...” - MÖVQE

!Reklam – Yazi

“Oxşar insidentlər bundan öncə də baş verib və sülhməramlıların bu qəbildən olan davranışlarında qeyri-adi heç nə görmürəm”.

Bu sözləri Qarabağda, Xocalı hava limanında separatçılarla Rusiya SK arasında baş vermiş konfliktə münasibət bildiriən siyasi ekspert Elçin Mirzəbəyli Yenicag.az-a açıqlamasında qeyd edib:

“Separatçıların və onların girovuna çevrilən erməni əsilli sakinlərin bir qrupunun Laçın yolu istiqamətində təxribat törətmək niyyətlərinin qarşısının sülhməramlılar tərəfindən alınması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Rusiya sülhməramlıları separatçıların onların müşayiəti ilə Laçın yolu istiqamətində hərəkət etmək istəklərinə yox deyiblər və bunu aksiyaların təhlükəsizliyinin təmin edilməsinin onların mandatına daxil olmaması ilə əlaqələndiriblər. Oxşar insidentlər bundan öncə də baş verib və sülhməramlıların bu qəbildən olan davranışlarında qeyri-adi heç nə görmürəm.

Yaxşı olardı ki, sülhməramlılar qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı öhdəliklərini yerinə yetirsinlər və həmin qanunsuz hərbi birləşmələrin təchizatını həyata keçirməsinlər”.

Yusif Səmədzadə

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv