!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sərbəst güləşçilərimiz Qırğızıstanda dörd medal qazandılar

!Reklam – Yazi

Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə reytinq seriyasının üçüncü mərhələsi başa çatıb.

Yenicag.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışın sonuncu günündə 5 sərbəst güləşçimiz mübarizə aparıb. Onlardan dördü mükafatçılar sırasında yer alıb.

Turnirdə 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Cəbrayıl Qadjiyev təsnifat mərhələsində misirli Amr Hussen (3:2), səkkizdəbir finalda isə Bəhreyni təmsil edən Maqomedrasul Asluevlə (5:4) gərgin keçən qarşılaşmalarda sevinən tərəf olub. Yığmamızın üzvü daha sonra gürcüstanlı Otari Baqauridən (4:1) güclü olmaqla adını yarımfinala yazdırıb. Tacikistanlı Maqomet Yevloyevlə gərgin keçən görüşdə sonuncu xal prinsipinə əsasən, (3:3) qələbə qazanan güləşçimiz finala adlayıb. Bu çəki dərəcəsində mübarizə aparan digər güləşçilərimiz mübarizəyə səkkizdəbir finaldan başlayıb. Turan Bayramov çinli Fenq Lu (7:0), Xadjimurad Qadjiyev isə qazaxıstanlı Darxan Yessengali (10:0) üzərində böyük hesablı qələbə əldə ediblər. T.Bayramov dörddəbir finalda türk Olimpiya və ikiqat dünya üçüncüsü, üçqat Avropa çempionu Soner Demirtaşı 10:5 hesabıyla, X.Qadjiyev isə monqolustanlı Suldxuu Olonbayarı tam üstünlüklə məğlub edərək yarımfinala yüksəliblər. Finalın bir addımlığında yığmamızın üzvləri üz-üzə gəliblər. Komanda yoldaşına 7:4 hesabı ilə qalib gələn T.Bayramov finalda iştirak hüququ qazanıb.
Xadjimurad Qadjiyev bürünc medal uğrunda Soner Demirtaşla qarşılaşıb və təcrübəli rəqibini 12:7 hesabı ilə məğub edərək üçüncü yeri tutub. Finalda isə Turan Bayramov və Cəbrayıl Qadjiyev güləşiblər. Gərgin keçən qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılan T.Bayramov qızıl, C.Qadjiyev isə gümüş medal qazanıblar.

Millimizin üzvü Abubakr Abakarov (86 kq) ilk görüşdə monqolustanlı Bat Byambasuren üzərində inamlı qələbə qazanıb – 7:0. A.Abakarov dörddəbir finalda qırğızıstanlı Nurtilek Karipbayevi 5:0 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıb. Güləşçimiz qazaxıstanlı Azamat Dauletboku da (3:2) məyus edərək finala yüksəlib. Ancaq A.Abakarov zədələndiyi üçün Bəhreyni təmsil edən Maqomed Şaripovla həlledici görüşə çıxmayıb və gümüş medalla kifayətlənib.
Beləliklə, sərbəst güləşçilər yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Qeyd edək ki, turnirdə I kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyub.

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv