!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Daha bir güləşçimiz ermənini məğlub edib çempion oldu - YENİLƏNDİ

!Reklam – Yazi

 

Yenicag.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ermənistanlı Samvel Gevorqyanla qarşılaşıb.

H.Kərimov tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

Qeyd edək ki, 110 kq-da idmançımız Yusif Dursunov finalda Henrik Haykyanla (Ermənistan) üz-üzə gələcək.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Turan Daşdəmirov (45 kq) qızıl, Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar. Qadın güləşçilərdən isə Ruzanna Məmmədova Avropa ikincisi olub.

***
Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının finalında ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

Bu barədə Yenicag.az-a Azərbaycan Güləş Federasiyasından bildirilib.

Digər güləşçimiz Mirzəağa Axundov belaruslu Aleksandr Kambayevə 12:2 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb. Camal Abbasov isə türkiyəli rəqibi Vahid Yılmaza 10:0 hesabıyla qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib.

Qeyd edək ki, Albaniyanın paytaxtı Tiranada keçirilən qitə birinciliyində ölkəmizi Cəfər Cəfərov (45 kq), Bəşir Verdiyev (48 kq), Seyhun Əlizadə (51 kq), Hacı Kərimov (55 kq), Camal Abbasov (60 kq), Mirzəağa Axundov (65 kq), İsmayıl Rəhimli (71 kq), Şeyxəli Babazadə (80 kq), Səid Paşayev (92 kq) və Yusif Dursunov (110 kq) təmsil edir.

Məsul yarış iyunun 18-dək davam edəcək.

www.yenicag.az

373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv