!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Serbiya-Kosovo arasında gərginlik: Müharibəyə "hazır ol" əmri verildi

!Reklam – Yazi

Serb ordusuna müharibəyə “hazır ol” əmri verilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Serbiya və Kosovo arasında həftələrlə davam edən gərginlikdən sonra Serbiyanın müdafiə naziri Miloş Vuçeviçin dünən Serbiya ordusuna müharibəyə ən yüksək səviyyədə hazırlaşmaq göstərişi verildiyini açıqlayıb.

Müdafiə naziri Vuçeviç Serbiya Prezidenti Aleksandr Vuçiçin əmri barədə bunları deyib:

“Serbiyanın Prezidenti Ali Baş Komandan kimi bu gecə Serbiya Ordusuna silahlı qüvvələrdən ən yüksək səviyyədə müharibəyə hazırlaşmağı tapşırıb.

Bu əmr Serb Silahlı Qüvvələrinin Serbiyanın ərazi bütövlüyünü və suverenliyini, bütün Serbiya vətəndaşlarını qorumaq, serblərə qarşı terror və terrorizmin qarşısını almaq üçündür.

Kosovanın Baş naziri Albin Kurti dünən NATO Sülhməramlı Qüvvələrinin (KFOR) Kosovodakı komandanı general-mayor Ristuccia ilə görüşüb.

NATO Sülhməramlı Qüvvələrindən görüşlə bağlı qısa açıqlamaya yayılıb: “Kosovodakı təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün Albin Kurti və Lars-Qunnar Vigermark ilə görüş keçirilib”.

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv