!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Serbiyanın “Bayraktar” DEMARŞI: “Türkiyə Kosovonu silahla təchiz etməklə...”

!Reklam – Yazi

“Yaxın Şərqdə sifariş etdiyimiz kamikadze-dronlar beş ay ərzində bizə çatdırılacaq”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri ölkəsinin Türkiyədən “Bayraktar” PUA-ları almaqdan imtinasının səbəblərinə toxunan Sebiya Prezidenti Aleksandr Vuçiç deyib.

Onun sözlərinə görə, Serbiya özünün PUA ehtiyaclarını ödəmək üçün alternativ yola əl atıb:

“Türkiyə çox ciddi şəkildə Kosovonu müxtəlif silahlar, zirehli transportyorlar, minaatanlar və PUA-larla təchiz etməkdədir. Kosovo bununla özünün qurmamalı olduğu ordusunu formalaşdırır.

Bunu diqqətdə saxlamalıyıq. NATO onlara öz bayraqlarını qaldırmağa hələ ki icazə verməyib. Biz bu vəziyyətdə ehtiyatlı olmalıyıq. Ancaq xalqımıza təhlükə yaranarsa, onun qarşısını alacaq vasitələrə malik olmalıyıq.

Türkiyə Kosovoya “Bayraktar”lar verdiyi üçün biz həmin PUA-ların alışından imtina etdik. Yaxın Şərqdə sifariş etdiyimiz kamikadze-dronlar beş ay ərzində bizə çatdırılacaq”.

www.yenicag.az

283
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv