!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəd-buraxılış məntəqəsinin dünyada yaratdığı ƏKS-SƏDA: “Ermənilər üçün yaxalarını cıran ölkələrin özləri...” – Millət vəkili

!Reklam – Yazi

“Azərbaycan bu məsələdə tam doğru addım atıb və öz təhlükəsizliyini təmin etməkdə tərəddüd göstərməyəcək”.

Bu fikirləri bir sıra Qərb dövlətlərinin Azərbaycanın Laçın yolunun üzərində nəzarət buraxılış məntəqəsi qurmasına yönəlik əsassız mövqe ifadələrinə münasibət bildirən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, kimin nə deməyindən asılı olmayaraq, bu addım Azərbaycanın tam suveren haqqıdır və beynəlxalq hüquqa əsaslanır:

“Azərbaycan Respublikasının Laçın yolunun başlanğıcında, yəni Ermənistana keçən yolun üzərində nəzarət buraxılış məntəqəsi qoyması dövlətimizin tam suveren hüququdur və beynəlxalq hüquqa əsaslanır.

O baxımdan, Azərbaycanın bu addımından narahat olan ölkələrin hər birinə sual etmək lazımdır ki, onlar öz ərazilərinə daxil olan yolların üzərində nəzarət buraxılış məntəqəsi quraşdırmırlar?

Eyni zamanda, o dövlətlərin ərazisinə başqa ölkələrdən silah-sursat daşınarsa, onlar bu hallara qarşı səslərini çıxarmayacaqlar? Buna qarşı tədbir görməyəcəklər?

Xatırlatmaq istərdim ki, indi ermənilər üçün, obrazlı desək, yaxalarını cıran ölkələrin özləri İraq, Suriya və başqa ölkələrdən olan qaçqınları öz ərazilərinə buraxmırdılar, bunun onlara təhdid yaratdığını iddia edirdilər. Nəticədə minlərlə miqrant dənizdə batsa da, həmin ölkələr bundan heç bir narahatlıq keçirmirdilər.

İndi isə gəlib Azərbaycanın suveren hüquqlarına müdaxilə etməyə cəhd göstərirlər. Belə reaksiyalar da təsdiqləyir ki, Azərbaycan bu məsələdə tam doğru addım atıb və ölkəmiz öz təhlükəsizliyini təmin etməkdə tərəddüd göstərməyəcək”.

A.Zeynalov

www.yenicag.az

383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv