!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəd görüşlərində “YENİ PƏRDƏ”: “Bakı ilə İrəvan arasında siyasi məsələlərin həllinə nail olmaq...”

!Reklam – Yazi

“Ermənistan bu məsələlərə bir qədər ürkək yanaşır və çəkingən mövqe nümayiş etdirir”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya məsələsi ilə bağlı iki ölkənin baş nazirlərinin müavinləri səviyyəsində sərhəddə keçirilən növbəti görüşün nəticələrini dəyərləndirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sərhəddə ikili şəraitdə keçirilən görüş ümumi mənada müsbət qiymətləndirilməlidir:

“Sərhədlərin delimitasiya və demarkasiya məsələsində tərəflərin bir araya gəlməsi və təkbətək danışıqlar aparması özlüyündə müsbət hal olsa da, bu prosesin uzunmüddətli olduğunu qəbul etmək lazımdır.

Onsuz da prioritet məsələ sülh müqaviləsinin imzalanmasıdır. Mövzu ətrafında prezident İlham Əliyev belə çıxışlarında prosesin uzunmüddətli olacağını, bunun isə iki ölkə arasındakı münasibətlərə hər hansı formada ziyan vurmayacağını qeyd edib.

İndiki məqamda əsas məsələ Azərbaycanla Ermənistan arasında siyasi məsələlərin ikili danışıqlar çərçivəsində həllinə nail olmaqdır. Ermənistan isə bu məsələlərə bir qədər ürkək yanaşır və çəkingən mövqe nümayiş etdirir.

Bütün hallarda ikili görüşlərin keçirilməsi bizim üçün məqbuldur. Həmçinin minalanmış ərazilərin bütün xəritələri Azərbaycana verilsə, ən azı etimad mühiti yaradıla bilərdi. Görüşün yeganə neqativ tərəfi minalanmış xəritələrin verilməməsidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv