!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəddə artan GƏRGİNLİK: "Azərbaycan antiterror əməliyyatı keçirməlidir" - Hərbi ekspert

!Reklam – Yazi

“Erməni tərəfi əgər Azərbaycanın şərtlərini qəbul etməsə, Azərbaycan tərəfi tarixi torpaqlarına iddiasını ortaya qoyub, hərəkətə keçməlidir”.

Bunu Qarabağda baş verən gərginlik, erməni tərəfinin təxribatları və müharibə ehtimalını dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan tərəfi ermənilərin bu təxribatlarına ciddi cavab verməlidir:

“Son günlər Ermənistan Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində xüsusi bir gərginlik var. Erməni tərəfi atəşkəsi pozur. Axır günlər tək sərhəd deyil, sülhməramlıların nəzarət etdiyi ərazilərdə də atışmalar olur. Terrorçular atəşkəsi pozurlar. Hadisələr rus sülhməramlılarının gözü qarşısında baş verir. Bu yolverilməzdir. Çünki 2020-ci ilin noyabr ayının 10-da imzalanan üçtərəfli bəyanatda 4-cü bənddə açıq şəkildə yazılıb ki, erməni silahlıları ərazini tərk etməlidir, ruslar daha sonra yerləşməlidir. Ancaq bu günə kimi bunları görmədik. Əksinə Rusiya sülhməramlılarının dəstəyi ilə Qarabağda ermənilərin silahlandırılması kəskin davam edir.

Rusiya dövləti və ərazidəki sülhməramlılar sülhün bərqərar olmasının qəti əleyhinədir. Gördüyümüz kimi onlar öz missiyalarını yerinə yetirmirlər. Onların gözləri qarşısında səngərlər qazılır. Xocalıda təlim mərkəzləri açılır.

Son sutka ərzində 9 dəfə atəşkəs pozulub. Onun ikisi sərhəddə, yeddisi isə Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə baş verib. Bunun nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri dərhal antiterror əməliyyatı keçirməlidir. Terrorçuları tərkisilah etməlidir. Əgər bu baş verməzsə, gərginlik daha da artacaq. Laçın dəhlizi vasitəsi ilə Qarabağa silah və döyüşçü daşınacaq. Azərbaycan dövləti qərar qəbul etməlidir. Yaxın vaxtlarda antiterror əməliyyatı keçirməlidir.

Rusiya Müdafiə Nazirliyinin və Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri arasında görüş olub. Görüşdə qərara alınıb ki, iyul ayının 1-ə qədər qanunsuz erməni silahlı dəstələri ərazidən çxıarılacaq və tərkisilah olacaqlar. Ancaq iyul ayının sonundur, hələ də bunu görmürük.

Son çıxışında Azərbaycan Prezidenti də tərəflərə mesajını verdi. Hesab edirəm ki, prezidentin mesajından sonra Müdafiə Nazirliyi də açıqlama verməli idi. Həmçinin Xarici İşlər Nazirliyi də açıqlama verməlidir. Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə atəşkəsin pozulmasına görə Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı qeyd olunmalıdır. Əgər Rusiya məsuliyyətdən boyun qaçırsa, Azərbaycan dövləti heç kəsdən soruşmadan öz ərazisini terrorçulardan təmizləməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

1482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv