!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəddə GƏRGİNLİK: "Müharibəyə "yox" deyənləri aparıb cəbhədə kartof soydurmaq lazımdır"

!Reklam – Yazi

“Biz döyüş meydanını Ermənistan ərazisinə çəkməliyik”.

Bu sözləri Rusiyanın Qarabağda yaşayan erməni sakinləri üçün göndərdiyi hümanitar yardımın Ağdam-Xankəndi yolu ilə keçirilməsi, davam edən gərginlik və rəsmi Bakının atmalı olduğu addımları şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

 

Elşad Musayev bildirib ki, Azərbaycanın müharibədən başqa çıxış yolu yoxdur:

“Süni gərginliyi təkcə ermənilər yox, onların arxasında duran qüvvələr yaradıb. İnformasiya məkanları, beynəlxalq təşkilatlar onların əlindədir. Hiss olunur ki, bu işin arxasında təkcə erməni diasporu yox, başqa qüvvələr də var. Həmin qüvvələr Azərbaycanın ərazi bütövlüyünü qəbul etmirlər, türk dünyasının inkişafını istəmirlər.

Həmin güclər süni gündəm yaratdı. Əsas gündəmi unutdura bildilər. Əsas gündəm delimitasiya, demarkasiya məsələsi, sülh müqaviləsi, kommunikasiya xəttinin açılması idi. Beynəlxalq hüquqa əsaslanan bütün gündəm dəyişib. Azərbaycan özü gündəm yaratmalıdır. Azərbaycan sərhəddə irəliləməlidir. Qazaxın Ermənistan tərəfindən işğal edilmiş, Ermənistana hədiyyə edilmiş digər torpaqlarımızla bağlı addım atmalıyıq. Biz gündəmi dəyişməliyik. Gündəmi dəyişməyin ən yaxşı yolu budur ki, ermənilərin sərhəddə törədiyi təxribatdan istifadə etməliyik. Biz döyüş meydanını Ermənistan ərazisinə çəkməliyik.

Hazırda gərginlik var. Bütün hallarda gərginlikdən çəkinməməliyik. Ermənistanla məsələməzi həll etməliyik. Qərbin Azərbaycandakı əlaltıları “müharibə istəmirik” deyirlər. Onları aparmaq lazımdır cəbhəyə, mərmi daşısın, kartof soysun. Onları boş buraxmaq olmaz. Biz gündəmi dəyişməliyik. Bunun üçün bəhanə lazımdır, o var, iradə lazımdır, o da var. Ermənilərin nazı ilə oynamaq olmaz. Ermənilər oturub Qarabağda şərt qoyur, o yük gəlsin, bu yük gəlməsin. Bizə ayrı çıxış yolu qoymayıblar. Müəyyən qədər zaman itirdik, müəyyən qədər inandıq ki, sülh yolu ilə məsələ həllini tapar. Başqa yol qoymadılar. Ona görə də onların anladığı dildən danışmaq lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv