!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəddə gərginliyin miqyası böyüyə BİLƏRMİ? - “Yaxın günlərdə ermənilərin daha sərt...” – HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Yaxın günlərdə Azərbaycanın erməni tərəfini daha sərt şəkildə cəzalandıracağının şahidi olacağıq”.

Bunu hazırda həm sərhəddə, həm də Qarabağda ermənilərin təxribatlar törətməsi fonunda yaranan gərginliyin nəticələri haqda fikirlərini səsləndirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, son zamanlar ermənilərin həm sərhəddə, həm də Qarabağda təxribatları müşahidə olunurdu:

“Ermənilərin humanitar yüklə bağlı Xankəndində fəaliyyətləri kifayət qədər təhrikedici xarakter daşıyırdı. Separatçı rejimin lideri Arayikin istefasından sonra ermənilər konkret olaraq təxribat xarakterli addımlara əl atdı. Azərbaycanın isə bu təxribatlara sərt cavab verəcəyi heç kəsdə şübhə doğurmur.

Hazırda yaşanan gərginlik fonunda əməliyyatların miqyası böyük olmasa da, ortamiqyaslı əməliyyatlar artıq qaçınılmaz hala gəlib. Yaxın günlərdə Azərbaycanın bu təxribatlara cavab olaraq erməni tərəfini daha sərt şəkildə cəzalandıracağının şahidi olacağıq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv