Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil gömrük nəzarəti zonasına daxil olarkən şifahi, elektron və yazılı bəyannamə təqdim etməyib.
Dövlət Gömrük Komitəsindən Yenicag.az-a verilən məlumata görə, nəqliyyat vasitəsinə gömrük baxışı zamanı minik maşınının ön sağ təkərinin üzərindəki qanadın içərisində olan zavod konstruksiyasındakı, yük yerinin daxilində – yanacaq çəni ilə oturacağın arasında və mühərrik olan hissədəki boşluqlardan gömrük nəzarətindən gizlədilən 3800 ədəd “Parliament super slim” markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.